"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri yazır: Referendum barəsində

--2016-08-06 / 00:33

Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizin müstəqillik illərində keçdiyi tarixi yol, əldə etdiyi təcrübə göstərir ki, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi, insan hüquq və azadlıqlarının təminatı və digər bu kimi məsələlərin həlli ilə bağlı Konstitusiya islahatlarının həyata keçirilməsi dövrün tələbidir. Sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi – referendum da bu zərurətdən irəli gələrək atılan addımdır. Bu gün biz Bələdiyyələr də Referendumun keçirilməsinə dəstək məqsədli “Bələdiyyə” Təşəbbüs Qrupunun yaradılmasında yaxından iştirak etdik.

Mən də, Binəqədi bələdiyyəsinin sədri olaraq,  “Bələdiyyə" Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi seçildim. Prezident ilham əliyev tərəfindən təklif edilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının ölkə üzrə təbliğatçısı olmaq mənim üçün şərəf və qürurdur, eyni zamanda böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam.

Düşünürəm ki, Referendum Aktı cəmiyyətdə yüksək dəyərləndiriləcək, xalqımız, vətəndaşlarımız bu mühüm siyasi kampaniyada fəal iştirak edəcək, nəzərdə tutulan dəyişikliklərin Konstitusiyada öz əksini tapmasına “hə” deyəcəklər.

Sitarə Cabbarlı

Binəqədi bələdiyyəsinin sədri

ŞƏRHLƏR