"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri yeni vəzifəyə seçildi

--2016-04-27 / 00:46

Bu gün Azərbaycan şəhər Bələdiyyələri  Milli Assosiasiyasının ümumi yığıncağında  Sumqayıt bələdiyyəsinin sədri Sultan əsədov  sədr müavini vəzifəsinə seçilib. Qeyd edək ki, bu vəzifəyə seçilməmişdən əvvəl S.əsədov  aprelin 15-də Sumaqıyt bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdi.  Bələdiyyə sədri olmuş əbülfəz  Babayev ötən ilin dekabrında vəzifəsini tərk etdiyindən aprel ayına kimi S.əsədov  bu vəzifəni icra edirdi.

Xatırladaq ki, əsədov Sultan Misir oğlu 1957-ci ilin oktyabr ayının 9-da Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olub. 1972-1974-cü illərdə Bakı şəhəri kimya-biologiya  təmayüllü orta məktəbi bitirib. 1974-cü ildə Kimya Sənaye istehsalat birliyində torrnaçı işinə qəbul olmuşdur.1979-cu ildə Azərbaycan Neft-kimya inistitutunun Sumqayıt filialının mexanıka fakultəsinin axşam şöbəsinə qəbul olub. 1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat institutunda şöbə  müdiri işləyib. 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb.          

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt  Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib.

Belediyye.info 

ŞƏRHLƏR