Belediyye.infonun ekspress sorğusunu Quba bələdiyyəsinin sədri Humayə Məmmədova cavablandırır. Sədrin suallarımıza qısa, konkret və lakonik cavablarını təqdim edirik:
Quba bələdiyyəsinə aid olan xəritə əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?
- Təqdim olunmayıb. Son dəqiqləşmə işləri aparıldıqdan sonra təqdim olunacağı bildirilib.
Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı?
-Müqayisə təhlili aparılıb.Torpaq vergisində artma, əmlak vergisində artma, səyyar vergidə azalma, icarə vergisində artma, mehmanxana vergisində azalma müşahidə olunur
ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?
-ən çox artım torpaq vergisində və icarə pulunda müşahidə olunub. ən çox azalma isə mədən vergisində, səyyar ticarət və digər xidmətlərdə olub
ən yüksək borcu olan vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?
- Barələrində qanunamüvafiq olaraq icra şöbəsinə müraciət olunub
DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?
- Yoxdur
ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?
- Ümumi vergi ödəyicisi 8.672, güzəştli ödəyicilər 639, güzəştsiz ödəyicilər 8.033
ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?
- Təxminən 60 %-ni
Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz
- Bələdiyyəyə aid elektron xəritənin təqdim olunmasını...
Belediyye.info