Nərimanov bələdiyyəsinin sədri, həmçinin YAP-ın Nərimanov təşkilatının sədri Təmraz Tağıyev Dövlət Bayrağı Günündə maraq doğuran status paylaşıb.
Statusu olduğu kimi təqdim edirik:
"Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir.
Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı.
Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər.
Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir.
QOY BAYRAÄžIMIZ DAiM YÜKSəKLəRDə DALÄžALANSIN!
YAşASIN AZəRBAYCAN!
9 noyabr Dövlət Bayrağı Gününüz Mübarək!"
Belediyye.info