Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyava öz feysbuk səhifəsində maraqlı status paylaşıb.
Yaradıcı nöqteyi- nəzərdən diqqətimizdən yayınmayan statusu olduğu kimi saytın oxucularına təqdim edirik.
Xatırladaq ki, YAP-ın fəal gənclərindən olan Aytac əlieva Bakı Dövlət Universitetini bitirib.
***
Zaman hər vaxt öz axarı ilə gedir. Bəzən insana gənclik illərinin çılğınlığını yaşadır. Bəzən səbəbli - səbəbsiz düşünməyə, susgun olmağa vadar edir. Bəzən özüylə izlər gətirir - bu izlər üzdə cığır salır, saçlarda ağ tellərin sayını çoxaldır.
Zamanın var-gəlinə o insanlar sevinir və xoşbəxt olurlar ki, üzlərində kök salan izlərin gizlinlərində mənalı və şərəfli həyat görürlər.
Saçlardakı ağ tellərə o insanlar xoşbəxt olurlar ki, onu nəvə əli sığallayır.
Arzu edirəm, bu gündən başlayan yeni zaman kəsimində də hər zaman xoşbəxt olasız və sizin izinizlə gələnləri xoşbəxt edəsiz!!!
Belediyye.info