sorğu
Binəqədi rayon Binədəqi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva özünün Facebook profilində maraqlı status paylaşıb.
Sakinlərinə müraciət edən sədrin statusunu olduğu kimi təqdim edirik:
“Hava bir az küskündür sanki...
Ola bilər də ki, hava deyil, avqust ayı bizə küskündür. Bizi tərk etdiyi üçün üzülür bəlkə də...
Eyb etməz. Mühüm olan bizim növbəti gəlişini səbirsizliklə gözləməyimiz olacaq.
Mühüm olan bu gözləntidə sevdiklərimiz, böyüklərimiz, dəyər verib nümunə götürdüklərimiz bizimlə olsun, əlimizi buraxmasınlar...
Sevdiklərinizin hər zaman sizinlə olması diləyi ilə, sabahımız xeyirlərə vəsilə olsun, əziz sakinlərimiz!!!”
Belediyye.info