Bələdiyyə sədrindən maraqlı status
"Mən Azərbaycanın müstəqilliyinin yaşıdıyam! şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə bütün ömrüm boyu qürur duyacağım bir kəlmə yazılıb: “AZəRBAYCAN RESPUBLiKASI”. Bunu Tanrının mənim və yaşıdlarımın, eləcə də bizdən sonra doğulan həmvətənlərimin taleyinə yazdığı ən böyük xoşbəxtlik hesab edirəm. Çünki bizim nəsil MÜSTəQiL AZəRBAYCANın bağrından yetişib!
Mən “YAşIDIM”la bərabər “böyümüşəm”. Müstəqil Azərbaycan gözlərimin önündə sürətlə dəyişib və yeniləşib, yenidən qurulub! “Müstəqil Azərbaycan” çox gəncdir. Amma “bu gənc” 25 yaşında çox böyük uğurlara imza atıb. Millətin, xalqın taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün sahələrdə elə böyük nailiyyətlər qazanılıb ki, onları qalın-qalın kitablara sığışdırmaq mümkün deyil. Hətta tezislər üçün belə kitablar bəs etməz! 25 illik müstəqil inkişaf yolunun ən parlaq göstəricisi, həm də odur ki, bu gün Azərbaycan, təkcə siyasi-iqtisadi cəhətdən qüdrətli dövlət deyil, nefti, qazı ilə məşhur deyil, həm də azsaylı kosmik ölkələr sırasındadır, elmi, təhsili, qədim və zəngin mədəniyyəti, milli dəyərləri, mənəvi, mədəni sərvətləri, tolerantlığı, multikultural dəyərləri, insanlarının istedadı və intellektual imkanları ilə də dünyanın diqqətindədir!..
O, hər birimizin qürur mənbəyidir!..
SəNiNLə FəXR EDiRəM, MəNiM SEViMLi YAşIDIM – MÜSTəQiL AZəRBAYCAN!..
25 YAşIN MÜBARəK!.."
Sitarə Cabbarlı
Binəqədi bələdiyyəsinin sədri