"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrindən maraqlı təklif

--2021-08-16 / 18:25

Bələdiyyələrin maliyyə istiqamətləri yetərincə hesab olunsa da ilbəil bu maliyyə mənbələrinin ya istiqaməti dəyişdirilib, ya da ləğv edilib. Bu günədək reklamla, avtodayanacaqla, avtomobillərdən daxil olan əmlak vergisindən və digər istiqamətləri misal çəkmək olar. Belə bir vaxtda torpaq və əmlak vergisinin ümidinə qalan bələdiyyələrə büdcələrini daha hansı mənbələrdən daxil olan maliyyəyə “bel” bağlaya bilər.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə əhaliyə verilən qazın, suyun və enerjinin satışından alınan maliyyənin əlavə dəyər vergisnin müəyyən bir hissəsi həmin ərazinin bələdiyyəsinin büdcəsinə keçirilir. Və bu da kifayət qədər vəsait edir. Düşünürəm ki, bizdə də qanunvericilikdə dəyişikilk edilmiş olsa, bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər. Məntiqlə götürsək bu həqiqətən həyata keçirilən bir məsələdir. Belə ki, ölkəmizdə buna bənzər layihə olan “ədvgerilal” xeyli müddətdir uğurla icra edilməkdədir. Düşünmək olar ki, bu prosesin icrası ilə bağlı əldə ediləcək vəsait nəticə etibariylə sakinlərimizin problemlərinin həllinə yönələcəkdir.

Hər halda düşünməyə dəyər.

Belediyye.info

ŞƏRHLƏR