“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin "bələdiyyə qulluqçularının peşə bayramıyla" bağlı ictimailəşdirdiyi məsələyə
Yevlax Bələdiyyəsinin sədri Elmi Səfərəliyev münasibət bildirib.
Bələdiyyə sədrinin fikirlərini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
“ Ölkəmizdə yerli demokratiyanın inkişafı Ümummilli Lider Heydər əliyevin adı ilə bağlıdır. H.əliyev bələdiyyələr haqqında demişdir: “Bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün sox vacibdir”.
Məhz Ulu Öndərin xeyir-duası ilə fəaliyyətə başlayan bələdiyyələr 17 ildir ki, yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir. əldə olunan nailiyyətlər və qarşıda duran dövlət proqramlarının həll edilməsində dövlətin ən yaxın köməkçilərindən biri özünüidarəetmə orqanları olan - bələdiyyələrdir. Bu günkü qanunvericilik, iqtisadi vəziyyət, bələdiyyələrə dövlət qayğısı mövcud problemlərin bələdiyyələr tərəfindən müstəqil həll edilməsi üçün geniş şərait yaradır.
Hesab edirəm ki, bütün bu müsbət işlərlə yanaşı bələdiyyə qulluqçularının peşə bayramı gününün təsis edilməsi və həmin günün rəsmən qeyd olunması bələdiyyə qulluqçularının sevincinə səbəb olardı. Həmin gün bələdiyyənin fəaliyyət göstərməsində xüsusi xidmətləri olan bələdiyyə qulluqçularına müxtəlif fəxri adların verilməsi onları daha da ruhlandırardı. Bu günün dekabr ayında qeyd olunmasını təklif edərdim. Çünki bu ay bələdiyyələrin adının tarixə düşdüyü aydır və keçirilən bələdiyyə seçkiləri məhz bu aya təsadüf edir.”
Belediyye.info