Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədr müavini, Abşeron rayon Mehdiabad bələdiyyəsinin sədri əbülfət Nuriyevin 60 yaşı tamam olur. Qeyd edək ki, artıq son iki bələdiyyə seçkilərinə qatılan əbülfət Nuriyev bələdiyyə üzvü və ilk iclasda bələdiyyə sədri seçilib.
Xatırladaq ki, Mehdiabad bələdiyyəsi 1999-cu ildə yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilərkən yaradılıb. Hazırda bələdiyyədə 13 nəfər üzv, 9 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Bələdiyyə yarandığı gündən ərazidə bir çox quruculuq abadlıq işləri həyata keçirilmiş, daxili yollar asfaltlanmış, yeni yaşayış massivlərinə qaz, su, elektrik xəttlərinin çəkilməsində imkanı daxilində köməklik göstərir.
ərazidə yaşıllıqların artırılması üçün müəyyən işlər görüb. Qəsəbədə 2 mərtəbəli yaraşıqlı, müasir avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Gələcəkdə də bir çox işlərin görülməsi nəzərdə tutulur.
P.S. Yubiley münasibətiylə əbülfət Nuriyevi təbrik edir, inanırıq ki, seçicilərinin etimadını doğrultmaqla yanaşı bələdiyyə sisteminin inkişafında daha böyük uğurlara imza atacaq.
Belediyye.info