"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrinin cavabı niyə maraq doğurdu?

--2021-04-21 / 13:02

MSK tərəfindən bələdiyyə üzvlərinə vəsiqələrin verilməməsi ilə bağlı kiçik bir araşdirmam həm də sosial mediada geniş əks-səda doğurub. Teleqraf.com saytının əməkdaşı da mövzu ətrafında geniş işləmiş və ortaya maraqlı araşdırma qoymuşdur.

Araşdırmada iki məqam diqqətimi çəkdi. Bu məqamlarla bağlı subyektiv fikirlərimi oxucularımla bölüşmək istərdim.

Birinici məqam:

Yazının sonunda müəllif məsələyə dair Bakı şəhəri Nəsimi Bələdiyyəsinin sədri əziz Zeynalovun da fikirlərini öyrənib. Və bələdiyyə sədri əziz Zeynalov bələdiyyənin öz vəsiqələrinin mövcud olduğunu bildirib və qeyd edib: “Hamının vəsiqəsi var. Kimin vəsiqəsi yoxdursa, yazılı formada müraciət etsin ki, mənə vəsiqə verilməyib. Bu məsələnin bizə aidiyyəti yoxdur”.

Sədrin bu fikirləri həqiqətən diqqətimi çəkdi. Belə başa düşmək olar ki, sədr əziz Zeynalov yəqin ki, bilməyərəkdən MSK səlahiyyətinə aid olan məsələni həll edib. Üzvlərə özü vəsiqəni təqdim edib. Sual olunur əgər üzvlərə özü imzalayıb vəsiqə veribsə bəs öz vəsiqəsini kim imzalayıb? Çox maraqlıdır, deyilmi. əgər belədirsə demək sədr bununla çox ciddi yalnışlığa yol verib. Qanunla seçkinin nəticələri elan olan gündən beş gün ərzində məhz MSK bu işi özünün DSK-sı vasitəsiylə həll etməli idi. Bələdiyyə sədri fəaliyyətə başladığı 16 ay ərzində gərək həm də özü ətrafındakıları maarifləndirəydi.. Hər halda düşünməyə dəyər...

ikinci məqama gəldikdə isə deməliyəm uzun illərdən bəri tanıdığım və hörmətlə yanaşdığım Mərkəzi Seçki Komissiyasının üzvü, həmçinin, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bu məsələdə diqqətli olmalıydı. Onun fikrilərindən belə çıxır ki, gərək bələdiyyələr tərəfindən onun icraçı katibi olduğu assosiasiyaya müraciət etməliydi. Daha sonra T.Həsənov qeyd edir: “Onların vəsiqələrinin verilməməsi ilə bağlı hər hansı problem yaşanmayıb. Hətta vəsiqə verilməyibsə belə, bələdiyyə üzvləri bələdiyyə sədrinin vermiş olduğu vəsiqə ilə hərəkət edə bilərlər. Yəni, müəyyən ərazi daxilində həmin vəsiqələrlə hərəkət edilə bilər. Onu da deyim ki, vəsiqənin olmaması bələdiyyələrin fəaliyyətində elə bir problem yaratmayıb...”

Tofiq Həsənov bələdiyyə üzvlərinin sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə icazələr portalında qeydiyyatdan keçmək üçün hər hansı problemlə üzləşmədiklərini də vurğulayıb: “Onlar portalda qeydiyyatdan keçiblər. Bu məsələdə onlar problem yaşamayıblar”

Mən hörmətli dostuma və öz işinin bilicisi olan Tofiq Həsənovun diqqətinə çatdırmaq istərdim ki, məhz bu problemi ilk olaraq ötən ilin aprelində çoxsaylı bələdiyyə sədrlərinin müraciəti əsasında biz qaldırmışıq. Sərt karantin dövründə portaldan qeydiyyatdan keçməklə bağlı bələdiyyə üzvlərinin, xüsusəndə sədrlərin problemlə üzləşdiyini hər bir bələdiyyə sədri təsdiq edə bilər. Onlarca bələdiyyə sədri işə SMS-lə gedib. Bunu əziz qardaşım özüdə yaxşı bilir. Nə isə....

Bizim məqsədmiz 15 minlik bələdiyyə üzvünə Qanunların tələb etdiyi diqqətin göstərilməsinə nail olmaqdır. Seçmişiksə, səs vermişiksə, demək həm də seçdiyimiz şəxsə hörmətlə yanaşmalı, nəticə etibariylə sonda isə onlardan seçicilərinə verdikləri öhdəliklərin icrasına nail olmalıyıq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri

ŞƏRHLƏR