sorğu
Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Toplanmış sübutlar əsasında Qəşəm əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
https://qafqazinfo.az/news/detail/belediyye-sedrinin-qanunsuz-emellerine-dair-cinayet-isi-mehkemeye-gonderildi-388068