"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrinin seçilməsi qanunla necə tənzimlənir?

--2019-01-24 / 06:59

Bələdiyyə sədrlərinin seçilməsi məsələsi qanunvericlikdə öz həllini necə tapıb?

 ****

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 3-cü bəndinə əsasən bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada

  1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

2.Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur) vaxtından əvvəl vəzifədən azad edilə bilərlər:

1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;

2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;

3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;

5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;

5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə;

6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda.

 Göründüyü kimi bələdiyyə sədri və ya müavini öz arzusu ilə vaxtından əvvəl vəzifədən azad olunmaq barədə yazılı müraciət etdikdə məsələ bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında həll edilir.

Hazırladı: 

imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu ilkin Savalan

 

 

ŞƏRHLƏR