Siyəzən bələdiyyəsinin sədri Azər Babayev bu günlərdə Belediyye.info saytına açıqlamasında bələdiyyələrin vergi xidmətlrəinin ləgv edilməsi təklifiylə çıxış edib. əsas səbəb isə bu orqanların maliyyə dayanıqlığının zəif olması, vergi borcu olanlara qarşı hər hansı sanksiya tətbiq etməyin mümkün olmadığı gostərilir.
Sədr açıqlamasında Siyəzən şəhərində vergilərin yığımında ciddi problemlərlə üzləşdiklərini dilə gətirib. Onun sözlərinə görə, maliyyə vəziyyətinin ağır olması səbəbindən ixtisaslı kadrları işə cəlb edə bilmirik. Bələdiyyənin vergi xidmətinin ləğv edilərək, nazirliyin sərəncamına verilməsi daha məqsədə uyğun olardı. Yığılan vəsaitin xidmət haqqı kimi müəyyən hissəsi nazirliyin hesabında qalmaqla qalan vəsait bələdiyyə büdcəsinə köçürülərdi. Fikrimcə, bu addımın atılması bələdiyyələrin fəaliyyətinə müsbət təsir edəcək, büdcə vəsaitlərinin artmasına səbəb olacaqdır.
Etiraf edək ki, bu gün Veriglər Nazirliyində yerli vergilərin toplanması üçün bütün şərait və imkanı vardır.
Sədrin bu təklifi digər bələdiyyə sədrləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki 2010-2015-ci ilərdə Xaçmaz bələdiyyə vergi xidmətinin rəsmisi olan Rovşən Qasımov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə başda Konstitusiya və qanunlara görə dövlət standartlarından aşağı olmayaraq öz əhalisinin sosial-iqtisadi ehtiyaclarına uyğun fəaliyyət planını ekoloji balansa diqqət etməklə büdcə (vergi və ödənişlərini ARK 144.6) gəlirlərini hüquqa uyğun şəkildə yenidən müəyyən etməlidir. Bələdiyyə sədrləri isə daimi komissiyaların hər birinin icra orqanını təşkil etmək yerinə, büdcə komissiyasının icra orqanını, yəni vergi orqanını qurmaqla kifayətlənir və adətən gündəlik olaraq bu orqanın işinə qarışırlar. Vergi orqanını təşkil edərkən isə bu orqanın hüquq, sosial-iqtisadi, ekoloji və büdcə məsələləri ya heç ələ alınmır, ya üstü örtülü şəkildə "həll" edilir.
Düşünürəm bələdiyyə sədri yerində olmuş olsa vergilərin yığımı da lazmı şəkildə həyata keçər. Nazirliyə verilməsi təklifii isə düzgün addım hesab etmirəm. Belə ki, bu qurumun onsuzda işi başdan aşır. Digər tərəfndən bələdiyyələrə metodik tövsyyələri də verir.
Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Belediyye.infoya açıqlamasında bildirib ki, bu təklifi düzgün saymıram, belə ki, bugün butun nazirliklər çalışır ki, səlahiyyətləri artsın, biz isə yerli orqan olaraq səlahiyyətimiz nazirliyiə hansı əsasda verməliyik. Guya nazirliyə verilsə işimiz alınacaq. əsas bələdiyyə özü seçiciləri qarşısına çıxmalı, maarifləndirmə işlərini aparmaqdan yorulmamalıdır. Belə çıxır ki vergiləri nazirlik yığıcaqdısa onda bələdiyyə nə edəcək?
Bu təklifi düzgün saymıram, qəbul edilərsə bələdiyyənin xeyrinə olmayacaqdır. Biz çalışmalıyıq səlahiyyətlərimizin icra mexanizmlərinin hazırlanmasını sürətləndirək və əlavə səlahiyyətlər cəlb edək.
Bələdiyyə özün zəif struktur kimi təqdim etmiş olsa onun fəaliyyəti də görsənməyəcəkdir.
Belediyye.info