Belediyye.info saytı olaraq fəaliyyətimizin iki ilini tamamladıq. Tədbirsiz, təntənəsiz. Kimlər yazılı, kimlərsə də şifahi olaraq ürək sözlərini bildirməyi unutmadı. Xəbəri olub, lakin təbrik etməyi unudanlar da oldu...
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği“ ictimai birliyinin ərsəyə gətirdiyi internet resursa gün ərzində kifayət qədər oxucu daxil olur.
Məhz oxucu fəallığı bizə stimul verir, daha yaxşı və daha operativ olmağa vadar edir. Ancaq unutmayaq ki, maliyyə vəziyyəti imkan verərsə bundan sonra daha böyük layihələri icra etmiş olacağıq.
iki il çox qısa zaman kəsiyi olsa da, sayt bu müddət ərzində çox işlər görüb. Fəaliyyət göstərdiyi iki il ərzində hər gün bələdiyyələrin hesabatlarını, onların həyata keçirdiyi layihələrin ictimailəşdirilməsinə çalışıb.
Bu müddət ərzində Belediyye.info tərəfindən Prezident Adminstrasiyasının müvafiq sektoruyla, Milli Məclisin Regional Məsələlər Komitəsiylə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəziylə, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasıyla, o cümlədən bir sıra rayon və şəhər icra hakmiyyətləriylə sıx əməkdaşlıq əlaqələri qurulub.
Bu günədək 1607 bələdiyyədən yalnız 100 yaxın bələdiyyə ilə sıx əməkdaşlıq əlaqələri qurulub.
əlavə edim ki, bu müddət ərzində əsas məqsədimiz bələdiyyələrin fəaliyyətinin təbliği, onların qarşılaşdığı problemlərin ictimaliləşdirilməsi olub.
Fəaliyyətimiz məhz bu məqsədə uyğun qurulub. iki il ərzində demək olar ki, hər gün bələdiyyələrin fəaliyyətləriylə bağlı 5-10 məlumat işlənərək sayta yerləşdirilib. Ancaq bu iki ildə bizim üçün bir sıra problemlər öz həllini tapmamış qaldı.
Bu istiqmətdə aparıdığımız təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində əsas problem qanunvericilikdəki boşluqların olmasıyla, kadr çatışmazlığı, icra strukturlarıyla əlaqələrin düzgün səmtdə qurulmamasıyla bağlı olsa da, ən əsas problem bəzi bələdiyyə sədrlərinin fəaliyyətlərinin təbliğində maraqlı görsənməməsi olub.
Məhz bu məqamı Prezident Adminstrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin milli assosiasiyalarının hesabat yığıncaqlarında bildirməsi də təsadüfü deyildi. Adminstrasiya rəsmisinin sözlərinə ğörə, diqqəti çəkən məqam odur ki, bu qədər layihə icra olunub, ancaq ictimaiyyətin bundan xəbəri yoxdur. Nəyə görə, hansı səbəbə bələdiyyələr fəaliyyətlərini, gördüyü işləri, həyata keçirdikləri layihələri təbliğ etməyə maraq göstərmirlər?
Etiraf etməliyik ki, bu gün bələdiyyələrin fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılmasına, eyni zamanda maliyyə resurslarının verilməsinə baxmayaraq, bir çox bələdiyyələr fəaliyyətlərini günün tələbi səviyyəsində qura bilməmişdir. Ancaq bələdiyyələr həyata keçirilən layihələri, ümumilikdə mövcud fəaliyyəti, təbliğ etməklə seçici-bələdiyyə münasibətlərinin tənzimlənməsinə şərait yaratmış olacaqlar.”
Bu gün onlarca bələdiyyə sədri var ki, kifayət qədər layihələrin icrasına imza atıb. Ancaq bu layihələr barəsində özlərindən başqa heç kim bilmir.
Bəs görəsən nədən və hansı səbəbə görə, bələdiyyələr fəaliyyətlərini təbliğ etmək istəmirlər.
Bizim gəldiyimiz nəticələri qısa şəkildə qeyd etmək istərdik:
Beləliklə, bələdiyyə sədrləri fəaliyyətlərinin təbliğinə maraqlı olmalıdır. Bununla da ilk növbədə yerli vergilərin yığımına müsbət təsir etməklə, seçicilərinə vermiş olduqları sözə də vaxtında əməl etmiş olacaqlar.
Bu həmdə qanunun və zamanın tələbidir.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri
P.S. ilk yazıda müəyyən məqamları nəzərə alıb qeyd etdiyim bələdiyyələrin adlarını çəkmirik. Sözsüz ki, örnək olan bələdiyyə sədrləri barəsində müsbət fikriləri zaman zaman qeyd edəcəyik.