BMT inkişaf Proqramının (BMT iP) Avropa ittifaqı (Ai) ilə birgə icra etdiyi “iqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin qalibləri açıqlanıb.
APA xəbər verir ki, tədbirdə çıxış edən Ai-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Ai bu ilin martında “şəhərlərin inkişafı üçün bələdiyyələr” layihəsini başladıb.
Sözügedən layihə “şərq Tərəfdaşlığı” ölkələrində keçirilib.
Diplomat bildirib ki, maliyyələşdirməsi Ai tərəfindən həyata keçirilən layihədə Azərbaycandakı tərəfdaşlar BMTiP və Azərbaycan hökumətidir.
“Mən Prezident Administrasiyasına təşəkkür edirəm ki, layihə çərçivəsində bu müsabiqənin daha çox əraziləri əhatə etməsi üçün dəstək verib. Regional bələdiyyələr bu layihəyə böyük maraq göstərib. Cəmiyyətin inkişafı üçün bələdiyyələrin işi çox vacibdir”, - Ai səfiri vurğulayıb.
Diplomat qeyd edib ki, “şərq Tərəfdaşlığı” ölkələrinə “iqtisadi inkişafı Dəstəkləyən bələdiyyə sədrləri” layihəsi çərçivəsində 2024-cü ilə qədər ümumilikdə 10 milyon avro ayrılıb: “Bu mərhələdə layihə çərçivəsində keçirilən müsabiqənin qaliblərinə, “Portfolio səyahəti” kateqoriyasında qaliblərin hər birinə 240 min avro, “şəhər transformasiyasında” kateqoriyasının qaliblərinin hər birinə 60 min avro ayrılıb”.
BMT iP-də sözügedən layihənin rəhbəri Cavid Məmmədov deyib ki, may ayında müsabiqəyə 30 bələdiyyə daxil olub və onlardan 6-sı qalib olub. “şəhər transformasiyasında” layihələrin icra mərhələsi 6 ay, “Portfolio səyahəti”ndə isə layihələr 2 il davam edəcək: “Ayrılan vəsaitin səmərəli və şəffaf şəkildə sərf olunması üçün BMTiP-in öz rolu olacaq”.
Müsabiqədə 6 bələdiyyə qalib olub. Onlar Səbail, Urva, Mingəçevir, Naftalan, Xırdalan bələdiyyələri və içərişəhər Dövlət Qoruq idarəsidir.
https://sitat.news/belediyye-sedrleri-ile-bagli-musabiqenin-qalibleri-aciqlanib-foto?disableGlobalInfoCollect=false
|
|
|
|
|
|
|
|
|
|