Belediyye.infoya daxil olan məlumata görə, Binəqədi rayon Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov Türkiyyənin istanbul şəhərində təşkil edilən ATRAX 2015-“Atraksiyon və rekreasiya sənayesi nəhəng bir sahəyə çevrilir” adlı konfransda iştirak ediblər. Bir çox türkdilli ölkələrdən olan yerli orqanların təmsilçilərinin qatıldığı tədbir iki gün davam edib. Toplantının yekununda Türkiyə istehsalı olan məhsulların sərgisi də təşkil edilib.
Səfər barəsində məlumat verən Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib ki, maraqla qarşılanan konfransda bir sıra bələdiyyələrin təcrübəsindən də öyrənmək şansımız oldu. Maliyyə vəziyyətimiz imkan verdikcə səfər çərçivəsində əldə etdiyimiz təcrübəni öz bələdiyyəmizdə tətbiq edəcəyik.
Belediyye.info
|
|
|
|
|
|
|
|