"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrləri niyə cərimə edilir? –NAZiRLiK MəSəLəYə AYDINLIQ GəTiRDi

--2018-09-18 / 08:55

Cari ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları bir sıra bələdiyyə sədrlərinə qarşı məcburi göstəriş verməklə yanaşı cərimə sankisyası tətbiq ediblər. Etiraf edilməlidir ki, bəzi bələdiyyə sədrlərinə qarşı bu cür addımların atılması qanunauyğun sayısa da, bəzi hallarda qeyri-obyektivliyə də yol verilib.

Bu və digər məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız suallara nazirliyin mətbuat xidmətinin rəhbəri

xanım iradə ibrahimova cavab verir:

- Bu gün təmsil etdiyiniz nazirlik tərəfindən zibil tullantılarının daşınmasından dolayı yaranan problemləri aradan qaldırmaq məqsədilə, xüsusən də bələdiyyə sədrlərinə qarşı cərimə sanksiyası tətbiq edilir. Bu istiqamətdə apardığımız araşdırma zamanı məlum olub ki, ardıcıl olaraq bir bələdiyyə sədri üç dəfə cəriməyə məruz qalıb. Bu halların hər il təkrar olunmasını necə qiymətləndirirsiniz? Yəni bir bələdiyyə sədrinə bir dəfə cərimə sanksiyası tətbiq edilməsi təbii qarşılansa da, sədrin üç dəfə ardıcıl cərimələnməsində fikrinizcə nazirlik əməkdaşlarının üzərinə hansısa məsuliyyət yükü düşürmü?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf Mühitin Mühafizəsi Departamenti müvafiq qanunverciliyə nəzarət sahəsində cərimələr tətbiq edir, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər, ekoloji pozuntuların aradan qaldırılması üçün müvafiq qurumlara məlumatlar verir, qanun pozuntusu barədə məktublar ünvanlayır. Təşkilatı-hüquqi formasından asılı olmayaraq yerli və xarici hüquqi və fiziki şəxslər məişət tullantılarının idarə olunmasındainzibati xəta və digər ekoloji qanunpozuntuları törətdikdə müvafiq məsuliyyətə cəlb edilir, həmçinin oxşar əməlləri təkrar törətdikdə qanunvericiliyə əsasən məsuliyyətdən azadedilmə deyil, ağırlaşdırıcı hal olaraq məsuliyyət dərəcəsinə uyğun inzibati tənbeh tətbiq edilir və digər tədbirlər görülür.

- Təmsil etdiyiniz nazirlilk cərimə sanksiyası tətbiq etməklə yanaşı, yerlərdə maarifləndirici tədbirlərə yer verirmi?

- əhalinin ekoji təhsili və maarifləndirilməsi ilə bağlı münasibətləri tənzimləyən “əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən ETSN tərəfindən mütəmadi maarifləndirmə və təbliğat işləri aparılır, bununla bağlı KiV-ə məlumatlar verilir. Eyni zamanda idarə, müəssisə və təşkilatlar barəsində inzibati tənbeh tədbirləri görülməklə yanaşı, əksər hallarda nöqsanların aradan qaldırılması üçün müddətli məcburi göstərişlər verilir və bu zaman onlarla maarifləndirici söhbətlər də aparılır.

- Nazirliyin bələdiyyə sədrlərinə tətbiq etdiyi cərimə sanksiyasından əldə etdiyi vəsait barədə nə demək olar?

–Nazirliyin qanun pozuntusuna görə tətbiq etdiyi cərimələr “ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ətraf Mühitin Mühafizəsi üzrəDövlət Fonduna ödənilir. Bu qanuna əsasən həmin vəsaitlərətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına, o cümlədən təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına və təbiətiin mühafizəsi sahəsində digər zəruri tədbirlərin maliyyələşdirilməsinə sərf olunur.

- Nazirlik əməkdaşlarının Belediyye.info-ya verdikləri açıqlamaya görə hər bir bələdiyyə yerlərdə RiH-lərin strukturuna aid Mənzil Kommunal Birlikləriylə müqavilə bağlamalı və prosesin də icrasına nəzarət etməlidirlər. Yalnız belə olan halda bələdiyyə sədrlərinə qarşı hər hansı cərimə sanksiyası tətbiq edilməyə bilər. Fikrinizcə, bələdiyyə sədri RiH strukturuyla hər hansı formada müqavilə bağlayıb onların üzərinə məsuliyyət qoyması nə qədər məntiqə uyğundur və əgər belə bir məqam varsa o hansı qanun və ya normativ sənədlərlə tənzimlənir?

-Məişət tullantılarının idarə edilməsi “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, eyni zamanda Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları" ilə tənzimlənir. Həmin qanunun 15-ci maddəsində isə tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qanunun 16-cı maddəsinə görə tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə istehsalat nəzarətini təşkil etməlidirlər.

- Növbəti ildə bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq rəhbərlik etdiyiniz nazirlik bələdiyyələrdə bələdiyyə-ekoloji münasibətlərinə həsr olunan tədbir və ya seminarların keçirilməsini nəzərdə tuturmu?

- Növbəti illərdə də iş qrafikinə uyğun olaraqbələdiyyələrlə ekoloji maarifləndirmə işləriaparılacaq, eyni zamanda“bərk məişət tullantılarının idarə olunması”mövzusunda müvafiq tədbirlərkeçiriləcək.

Belediyye.info

 

ŞƏRHLƏR