Belediyye.info olaraq sosial şəbəkədə bu sualla bələdiyyə sədrlərinə, üzvlərinə və qulluqçularına müraciət etdik. Bir sıra bələdiyyə üzvü maraqlı və diqqətiçəkən cavablar veriblər. Cavabları olduğu kimi təqdim ediirk.
- Elçin Alasiyev (Zakatala rayonu Mosul bələdiyyəsinin sədri) - bizdə birinci bələdiyyə sədri, üzvlər, qulluqçular vergiləri ödəyirlər və vətəndaşlara nümunə göstərilir ki, vergilərı birmənalı olaraq hamı vaxtında ödəməlidir.
- ixtiyar Nəcəfov (Suraxanı rayonu Qaraçuxur bələdiyyəsin sədri) - şəxsən mən ödəmişəm, mən ödəməsəm hansı üzlə vergi agentinə deyə bilərəm ki, vergidən yayınma hallarının qarşısını al? O mənə inanarmı?
- ələmşah Məmmədov (Lənkəran rayonu Hirkan bələdiyyəsinin sədri)- bələdiyyə sədri və yaxud qulluqcusu qanunu pozarsa, vergi ödənişindən yayınarsa hansı əsasla adi vətəndaşdan vergi tələb edə bilər.
- Adilə Aslanova (Zakatala rayonu Lahıc bələdiyyəsinin sədri)-mən bu sualı başa düşmədim, necə yəni bələdiyyə sədri vergi verirmi? Bələdiyyə sədri vergi verməsə o kimdən vergi tələb edə bilər?
- Nailiə Nəsirova (Sabunçu ryapnu Zabrat bələdiyəsinin sədri) Bəli, ödəyirik. şəxsən mənim ödədiyim çek vergi işçilərinin əlində nümunə kimidir.
- Könül əəgərova (Xaçmaz bələdiyyəsinin üzvü) bələdiyyə üzvü olmaqdan da savayı bir vətəndaş olaraq dövlətimin qoyduğu bütün qanunlara tabe olmuşam və o cümlədəndə verğilərlə bağlı...
Belediyye.info