"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BəLəDiYYə SəDRLəRi VAXTINDA HESABAT VERSəYDiLəR...

--2017-07-29 / 15:51

Bugünkü gündə onların məsələləri məhkəmələrə və ya prokurorluğa göndərilməzdi

 ədliyyə naziri Fikrət Məmmədov nazirlikdə keçirilən kollegiya iclası zamanı cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxıldığını deyib.

Onun sözlərinə görə, 792 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib, qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.
Bələdiyyə sədrlərinin şəffaflıq kimi məsələlərin təminatında passivlik nümayiş etdirdiklərinin vurğulayan Vüqar Tofiqlinin sözlərinə görə, bir sıra hallarda da ciddi qanun pozuntularına yol verirlər, eyni zamanda ictimiayyətə açıq deyillər, vaxtlı-vaxtında seçicilərinə hesabat vermirlər:
"əgər bələdiyyə sədrləri həyata keçirdikləri tədbirlərlə bağlı vaxtında hesabat versəydilər, bugünkü gündə onların məsələləri məhkəmələrə və ya prokurorluğa göndərilməzdi. Bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirici tədbirlər, treninqlər zamanı bu kimi məsələlərin hamısı onlara aşılanıb, ancaq görünür, düzgün məlumatlanmayıblar. Düzdür, əvvəlki illərlə müqayisədə məsuliyyətsizlik edən və cinayət xarakterli əməllərə əl atan bələdiyyələrin sayında bir xeyli azalmalar müşahidə olunur. Vaxt vardı, yüzlərlə bələdiyyə sədrinin qanunsuz əməllərinə qarşı ölçü götürülürdü”.
V.Tofiqlinin sözlərinə görə, bələdiyyə sədrlərinin qanunsuz əməllərinin birdəfəlik aradan qaldırılması üçün əsas işlərdən biri də məhz seçicilərin üzərinə düşür. Seçicilər səs verdikləri adamın kim olması ilə bağlı əvvəlcədən məlumatlı olsalar, sonda bu cür neqativ hallarla qarşılaşmarıq.
Bələdiyyə sədrlərinin fəaliyyətinə icra nümayəndələrinin müdaxiləsinə gəldikdə isə V.Tofiqli deyib ki, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədrinə qarşı tətbiq edilən protokolun bir qismi də həmin müdaxilələrin nəticəsində yaranmış məsələlərdir.
 
şəymən
ŞƏRHLƏR