"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrləri xeyriyyə sərgisində iştirak ediblər

--2016-12-15 / 12:23

Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin yaydığı məlumata görə, Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Sabunçu rayon bələdiyyə sədrlərinin də iştirakı ilə xeyriyyə məqsədli əl işləri sərgisi keçirilmişdir.

Sərgidə istedadlı əlillərin rəsm, toxuma, taxta üzərində oyma, həmçinin milli simvolları, atributları və emblemləri əks etdirən əl işi nümayiş etdirilmişdir.

Məlumatda bildirilir ki, belə tədbirlərin keçirilməsi əlillərin cəmiyyətə inteqrasiya olunmasında mühüm əhəmiyyət kəsb edir.

Belediyye.info

ŞƏRHLƏR