Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun ilk buraxılışının dərsləri bəşa çatıb.
Yekun təqdimatda iştirak edən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə kursun iştirakçıları olan bələdiyəyə sədrlərinə öz tövsiyyələrini verib. Mərkəz rəsinin sözlərinə görə,
bələdiyyə sədrləri onlara bəslənilən ümidləri seçicilərin ümidlərini doğrultmalıdırlar:
“Cənab prezident ilham əlieyvin bu günlərdə Nazirlər Kabinetinin iclasında söylədiyi kimi hər bir məmur vətəndaşın xidmətində layiqincə dayanmalı və üzərilərinə götürdüyü məsuliyyət yükünü dərk etməlidirlər. Çalıçamlsınız ki, vətəndaşlar bələdiyyələrdən narazı qalmasın. şəffaflıq prinsiplərini qorumalı və ictiamiyyətə daim açıq olmalısınız”
Tədbirdə çıxış edən bələdiyyə sədrləri bu tipli kürsların onların gələcək fəaliyyətinə müsbət təsir edəcəyini xüsusiylə vurğulamışlar.
Sonda kursu uğurla bitirən müdavimlərə sertifikatlar verilmişdir.
Qeyd edək kursda Tərtər, Goranboy, Tovuz, Yevlax, Siyəzən və şabran rayonlarından olan 30 bələdiyyə sədri iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|
|