"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrlərinin cinayət xarakterli 13 faktı üzrə materiallar prokurorluğa göndərilib

--2018-08-25 / 17:52

“Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında cari ilin altı ayı ərzində 37 mindən çox bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib”- bu məqam ədliyyə Nazirliyinin kollegiya iclasında səsləndirilib.

Bununla yanaşı bələdiyyələrə inzibati nəzarəti həyata keçiriən orqan olan ədliyyə Nazirliyinin Bələdiyyələr iş Mərkəzinin və regional ədliyyə idarələrinin məqsədyönlü fəaliyyəti nəticəsində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb.

Kollegiya iclasında səslənən digər fikir isə qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Belediyye.info

ŞƏRHLƏR