Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmiş 220.12.maddədə Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nəqd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanması göstərilmişdir.
Bu maddəyə əsasən banklar yerli özünüidarəetmə orqanlarının pul vəsaitinin əməliyyatı zamanı 1% məbləğində vergi tuturlar. Bu da öz növbəsində yerliözünüidarəetmə orqanlarında narahatlıq yaradıb. Bununla bağlı bir sıra rayon və qəsəbə bələdiyyə sədrləri Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasına müraciət edərək məsələyə aydınlıq gətirməyi xahiş ediblər.
Məsələyə aydınlıq gətirən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini-Bələdiyyələrin iqtisadi inkifafı və əlaqələndirmə Departamentinin direktoru Pərviz Muradov Belediyye.infoya açıqlamasında bildirib ki, assosiasiya olaraq bizdə öz növbəmizdə Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Səlahiyyətli nümayəndə tərəfindən verilmiş cavabdan belə aydın oldu ki, Vergi Məcəlləsinin 220.12-ci maddəsində nəzərdə tutulmuş hallar bələdiyyələrə şamil olunmur.
Bu səbəbdən bələdiyyə rəhbərlərinin narahatlığına ehtiyyac duyulmur. Bununla bağlı bələdiyyələrin hesabları olan banklarda bank rəhbərlərini məlumatlandırmaqları kifayətdir.
Belediyye.info