"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrlərinin sosial şəbəkə problemi-CiDDi

--2018-05-20 / 17:49

Bu günlərdə Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin fəaliyyətinə dair maraqlı açıqlamaları ilə diqqəti çəkib. Bələdiyyələrin görməli olduqları işləri bir daha diqqətə çatdıran adminstrasiya rəsmisi bələdiyyə sədrlərinə iradını da bildirib. Ancaq yaxşı işləri də misal şəkib.

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin fəaliyyətindən misal çəkən E.Eyvazov qeyd edib ki, “necə olur ki, Bakıxanov bələdiyyəsi müsəsisə yarada bilir, amma digər bələdiyyələr hələ də düşünürlər”. Sözünə davam edərək sektor müdiri Zakatala rayonu əliabad bələdiyyəsini və Samux rayonu Sərkar bələdiyyəsini də fəal bir qurum olaraq bu sıraya aid edib.

Bəli, ciddi iradlar bildirilib. Fikirlər səsləndirilib. Səbəb isə bələdiyyə sədrlərinin öz işinə və fəaliyyətinə lazımınca qiymət verməməsi, seçicilərinin etimadını dorğrultmaq üçün addımların atılmasına maraqlı olmamalarıdır.

Etiraf edilməlidir ki, bələdiyyələrin böyük əksəriyyyəti öz ərazilərində irili-xırdalı layihələrin icrasını həyata keçirirlər. Bu gün kənd təsərrüfatının bütün sahələrinə, baramaçılığın inkişaf etdirilməsində bələdiyyələrin üzərinə ciddi məsuliyyət yükü düşüb. Bu gün şəhər və rayon bələdiyyələri yerli icra strukturlarıyla çiyin-çiyinə çalışırlar.

Bəs bu qədər layihələrin icra edildiyi bir vaxtda bələdiyyələr niyə fəaliyyətlərinin təbliğinə maraqlı deyillər? Üstəlik sosial şəbəkənin verdiyi imkandan yararlanmırlar.

Bu gün bələdiyyə sədrlərinin, üzvlərin və qulluqçuların böyük bir hissəsi sosial şəbəkə istifadəçiləridir.

Belediyye.info olaraq istifadə etdiyimiz məlumatların bir qismini məhz bu şəbəkələr vasitəsiylə əldə edirik. “Facebook”   sosial şəbəkəsində dostluğumuzda olan 2500 nəfərin 80 faizi məhz bələdiyyə sistemiylə bağlı olan şəxslərdir. Bəs bu şəbəkənin verdiyi imkandan necə yararlanırıq?

Deyərdim ki, Binəqədi və şəmkir bələdiyyələri, şirvan bələdiyyələri, Bərdə, Xaçmaz, Astara, Qusar, Mingəçevir, Qazax, şəki, Gəncə şəhər bələdiyyələri, Qaradağ rayonu Lökbatan bələdiyyəsi, Xəzər rayonu Mərdəkan və Zirə bələdiyyəsi, Sabunçu rayonu Bakıxanov bələdiyyəsi, Ramana və Pirşağı bələdiyyəsi, Horadiz, Yasamal, Nərimanov, Nəsimi, Xətai və Səbail bələdiyyəsi, Qusar rayonu Quxuroba bələdiyyəsi, ismayıllı rayon Lahıc bələdiyyəsi, Zakatala rayonu Muxax bələdiyyəsi, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi, Quba rayonu Zərdabı bələdiyyəsi aktiv olmalarıyla seçilir.

Bu yaxşı haldır. Bu məqam həmdə seçicilərlə səmimi ünsiyyətə bir körpü yaradır.

Lakin bir sıra bələdiyyələr var ki, gün ərzində  saatlara sosial şəbəkələrdən istifadə etsələr də, gördükləriu işi deyil, yalnız sanatoriya-kurort şəkillərini, məsclislərdə sağlıq deyən yerdə çəkilən şəkilləri, hətta meyvə dərdikləri zaman olan şəkilləri nümayiş etdirirlər. Bir tərəfdən seçicilərə işin çoxluğundan və gərginliyindən şikayət edir, digər tərəfdən kurort şəkillərini paylaşırlar. Bəs seçici nəyə və hansı sözə inansın?

Bütün bunlarla yanaşı bəzi sədrlər bizim Belediyye.info olaraq sorğularımıza belə cavab vermək istərmirlər. Sanki kimdənsə asılı olduqlarını göstərmək istəyirlər.

Beləliklə, bu istiqamətdə apardığımız qısa təhlillərdən belə qənaətə gələ bilərik:

  1. Bu işdə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyaları da fəallığını artırmalı, özləri də  “Facebook” və “Twitter” də səhifə yaratmalı, habelə bələdiyyələrə metodik tövsiyələrini göndərməlidirlər. Nəzərə alaq ki, assosiasiyalarda bu proses diqqətdən kənarda qalıb.
  2. Bələdiyyə sədrləri hər bir məlumatın ictimailəşdirilməsinə maraqlı olmalı, təbliğatı da sərbəst aparmalıdırlar. inanıram ki, icra strukturlarıyla partnyorluq əlaqələri quran bələdiyyə sədrlərinin fəaliyyəti də bütün istiqamətlərdə dəstəklənir.
  3. Bu gün ölkəmizdə demək olar ki, heç bir bələdiyyədə Twitter də hesabı yoxdur. Olan fəaliyyət isə ancaq “Facebook” üzərindən qurulur. Təklif edərdim ki, bu istiqmətdə unudulmasın.

Beləliklə, bələdiyyə sədrləri və bələdiyyə kollektivlərində olan hər kəs sosial şəbəkənin verdiyi imkandan yararlanmağa çalışmalı və öz fəaliyyətlərinin təbliğinə maraqlı olmalıdırlar.

Nəzərə alsaq ki, növbəti ilin sonlarında artıq beşinci bələdiyyə seçkiləri keçiriləcək, onda məsuliyyət hissi daha da artmalıdır.

Vüqar Tofiqli

Belediyye.info

 

 

 

ŞƏRHLƏR