sorğu
Bərdə bələdiyyəsinin yaydığı məlumata görə , bələdiyyə şəhərin küçələrində cari təmir işlərini davam etdirir. Məlumatda qeyd edilir ki, şəhərin girişində, Bərdə-Yevlax və Bərdə-Ağdam yolunda güldanların mərmərləri bərpa edilib. Bununla yanaşı Sənaye küçəsi və H.əliyev prospektilə S.Zöhrabbəyov küçəsinin kəsişməsində qopub dağılmış səki və bardurlar təmir edilərək bərpa edilib.
Bələdiyyə Növruz bayramı günlərinədək şəhərdə abadlıq işlərini davam etdirəcək.
Belediyye.info