"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə şəhərdə təmir bərpa işlərini davam etdirir

--2016-03-28 / 22:53

Bərdə bələdiyyəsi şəhər daxilində təmir və bərpa işləri görməkdə davam edir. Bu barədə məlumat Bərdə bələdiyyəsindən daxil olub.

Bərdə bələdiyyəsi şəhərin H.əliyev prospekti boyu yerləşən elektrik dirəklərində təmirə ehtiyacı olan plafonları təmir  etməklə yanaşı, eyni zamanda sözügedən prospektdə qırılıb sıradan çıxmış ağlay örtüklər yeniləri ilə əvəzlənib.

şəhərin Heydər əliyev prospekti, Sənaye və S.Zöhrabbəyov küçələrində bardürlar və səkilər təmir olunub. işlər bu gündə davam edib.

Bələdiyyədən daxil olan digər məlumatda bildirilir ki, Bərdə-Tərtər yolunun Bərdə şəhərinin giriş hissəsində bayram günləri ərəfəsində gecə saatlarında baş vermiş avtoqəza nəticəsində 15 metrə yaxın hasar (divar) tamamilə yararsız vəziyyətə düşmüşdü.  

Bərdə bələdiyyəsinin operativ yanaşması ilə divarın hörgüsü, ağlay üzlüklər üzlənməsi və dəmir  barmaqlıqlar bərpa olunaraq yerinə bərkidilməsi üç gün ərzində başa çatmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR