sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə iclasının qərarıyla qəsəbənin Yunis Hüseynov küçəsində şəhid Nəriman Qüdrət oğlu Nemətovun adına inşa edilmiş bulağın təmir bərpa işləri yekunlaşdırılıb.
Qeyd edək ki, təmir işləri bələdiyyənin daxili imkanları hesabına həyata keçirilib.
Bununla yanaşı qəsəbədə təmizlik işlərinin həyata keçirən bələdiyyə əməkdaşları, həm də sakinlər arasında maarifləndirməni də həyata keçirirlər.
Xatırladaq ki, Nəriman Qüdrət oğlu Nemətov Murov dağ istiqamətində gedən döyüşlər zamanı 13.02.1994-cü il tarixində qəhrəmancasına həlak olub.
Belediyya.info