ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Mərdəkan bələdiyyəsi tərəfindən qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə şer müsabiqəsinə yekun vurulub.
Tədbirdə Xəzər rayonu Mərdəkan bələdiyyənin sədr müavini Jalə əhmədova bildirib ki, böyük oftalmoloq alim Zərifə əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım həmişə Ulu öndərimizə mənəvi dayaq, arxa olub: “Zərifə xanım oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım, ziyalı, şəfalı əlləri ilə gözlərə işiq bəxş edən mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. O, həmçinin, Azərbaycan xalqına layiqli övladlar yetişdirən gözəl anadır”
Sonra böyük alim Zərifə xanım əliyevaya ithaf olunmuş “Ana” mahnısının sədaları altında ”Ana,Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsinə start verilib. Müsabiqə yekunlaşdıqdan sonra qaliblər Mərdəkan bələdiyyəsi tərəfindən “Diplom”la mükafatlandırılıblar.
Sonda bələdiyyə sədrinin müavini J.əhmədova məktəbin rəhbərliyinə müsabiqənin təşkilinə şərait yaratdıqlarına görə minnətdarlığını bildirib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|