"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sistemi: dəyişiklik və problemlərə üz üzə

--2016-03-03 / 18:30

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə  Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2014-cü il - bələdiyyə seçkilərində gənclərin və qadınların aktivliyinin artırılması məqsədi ilə hüqüqi biliklərinin aşılanması və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Bakının Suraxanı rayonunda və şamaxı şəhərində sorğu keçirmişdir. Hər birində 50 nəfər olmaqla, cəmi 100 nəfəri əhatə edən sorğunun əsas məqsədi əhalinin seçki ilində bələdiyyə sisteminə olan münasibətini öyrənmək olmuşdur.  Ümumən rəyi sorulanların 42 %-i mövcud hüquqi- normativ aktları təkmil hesab etmirlər. Bununla yanaşı  32%-i icra strukturlarinin müdaxiləsini, 28%-i gənclərin və qadınların bələdiyyə sistemində çatışmazlığını,  30%-i qanunvericilikdə olan boşluqları və 10%-i isə bələdiyyə üzvlərinin qeyri-peşəkarlığını bələdiyyələrin daha çox aktiv fəaliyyət göstərməsinə mane olan amil kimi göstərmişlər.

Sorğudan da göründüyü kimi, bələdiyyənin   müəyyən mənada inkişaf istiqamətləri  mövcud olsa da, onların çoxsaylı problemləri  bu gündə qalmaqdadır.

Sön bir ay ərzində  dövlət başçının sərəncamı ilə bələdiyyə sisteminin qarşılaşdığı problemləri aradan qaldırmaq məqsədilə bir sıra qanun və normativ hüquqi aktlara dəyişiklik  edilmişdir. Dövlət başçısının  imzaladığı hüquqi sənədə görə ilin sonunda keçiriləcək  seçkilərdə yüzdən artıq bələdiyyənin birləşdirilməsi həyata keçiriləcəkdir. Dördüncü dəfə keçiriləcək bələdiyyə seçkisindən sonra ölkəmizdə formalaşacaq bələdiyyələrin sayı 1605 olacaq. Bununla da ölkəmizdə birləşdirilən bələdiyyələrin sayı 1131-ə çatmışdır. Qeyd edək ki,  ilk sayı 2736 olan bələdiyyələrimizn sayı  41 % azaldılmışdır.

əsas dəyişikliklərdən biridə  əmlak vergisinin  tətbiqi ilə bağlı olmuşdur. Yeni düzəlişlərə görə, hər bir vətəndaş  mənzilinin kvadratmetrinə görə, özü əmlak vergisinin həcmini hesablaya biləcəkdir. Belə ki, Bakıda yüz kv/m-lik mənzilə görə, bu rəqəm il ərzində 28 manat, Gəncədə 21 manat,  rayon mərkəzlərində 12 manat, kənd və qəsəbələrdə  isə 7 manat təşkil edəcəkdir.  Xatırladaq ki, hər bir mənzilin həcmindən 30 kv/m-lik əraziyə güzəşt tətbiq edilir.

 

Illik büdcə gəlirləri

əmlak vergisinin həcmi

Ümumi büdcə gəlirlərində tutduğu faiz

Ay ərzində bir bələdyyəyə düşən əmlak vergisinin həcmi

2002

12.828.400

   840.000

6,6%

26 

2003

11.148.400

   947.200

8,5%

29

2004

17.547.140

1.118.600

6,4%

34

2005

24.330.000

   566.000

2,3%

18

2006

33.137.000

   685.000

2,1%

21

2007

50.000.000

   967.000

1,9%

30

2008

43.077.000

2.778.000

6,4%

85

2009

26.700.000

1.700.000

6,2%

52

2010

28.873.000

2.680.000

9,3%

130

2011

34.110.000

4.339.200

12,7%

211

2012

35.860.000

3.670.300

10,0%

178

2013

47.209.700

4.282.600

9,1%

202

 

 

Cədvəldən də göründüyü kimi, ötən il əmlak vergisindən hər bələdiyyə cəmi 202 manat vəsait daxil olmuşdur.

Yeni düzəlşlərdən biri də vergilərin nəqd yığılması ilə bağlı tətbiq edilən qadagadır. Ödənişin bir birbaşa bank vasitəsi ilə həyata keçirilməsi isə mövcud olan neqativ halın qarşısını almağa, bələdiyyə secici münasibətlərində yarana biləcək narazılıqların aradan qaldırılmasına imkan verəcəkdir.

Digər bir məqam isə subvensiyalarla bağlıdır. Belə ki, bələdiyylərə sərbəst şəkildə layihə təqdim etməklə müvafiq icra strukturundan maliyyə vəsaiti almaq şanşı yaranacaqdır.

Beləlliklə, yeni düzəlişlər  qüvvəyə mindikdən sonra hər hansı anlaşılmazlığın yaranmaması üçün  əhali arasında maarifləndirmə işlərinin aparılmasına, habelə normativ-hüquqi aktlarda olan bəzi boşluqların vaxtında  aradan qaldırılmasına ehtiyac vardır. “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi bu istiqamətdə apardığı  araşdırmalardan sonra belə qənaətə gəlmək olar:

1.Yerli vergilərin ödənişi ilə bağlı vahid ödəniş formasının tətbiqinə ehtiyac vardır. Bu gün elektron formada tətbiq edilən ödəniş sistemində yerli vergilərə aid hec bir məqam nəzərdə tutulmamışdır. istər “Miilion” və “E-manat”, o cümlədən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş informasiya Sistemində yerli vergilərin ödənişi daxil edilməmişdir.  Bu prosesin hazırlanması  hər bir vətəndaşa ödəniş üçün bankla yanaşı digər vasitələrdə imkan  verimiş olacaqdır.

2. Bələdiyyələr tərəfindən vergiödəyənlərin vahid reyestrinin tətbiq  edilməsi zəruri hallardan biridir. Bu addımın  atılması hər bir bələdiyyədə yığılacaq   vergilərin həcmini bəri başdan müəyyən etməyə imkan verəcəkdir. Bundan əlavə mənzillərin addan ada  keçirilməsində problem yaşanmaz.

3. Bu sahə birbaşa əlaqəsi olan digər bir problemdə hələ ki öz həllini tapmamışdır. Qeyd edək ki, hazırda respublika üzrə mənzil (torpaq) fondunun 35-38 % sənədləşdirilməmiş qalır. Hətta hazırda paytaxtda 500  mindən artıq sənədləşdirilməmiş mənzil var. Sənədsiz mənzillərdən isə hər hansı əmlak vergisinin yığılması  qeyri-mümkündür. Odur ki, bu prosesə start verilməsi yerli büdcənin imkanlarını artımış olacaqdır. Qeyd edilən prosesə məhz yeni yaradılan və artıq cəmiyyətdə özünə nüfuz qazanmış “ASAN XiDMəT”  vasitəsiylə həyata keçirilməsi daha məqsədəuyğun sayılmalıdır.

4. Araşdırmalar göstərir ki, ilbəil bələdiyyələrə  verilmiş səlahiyyətlərin bu və ya digər şəkildə Milli Məclis və ya yerli icra hakimiyyəti orqanı tərəfindən geri alınması, qanunların icrası ilə bağlı prezident sərəncamlarının icrasında müvafiq mərkəzi strukturlar tərəfindən ləng addımların atılması, yerli icra strukturlarının bələdiyyələrin fəaliyyətinə birbaşa müdaxiləsi sistemin bu günkü durumunu kritik həddə çatdırmışdır. Bir faktı qeyd etmək kifayətdir ki,  2007-ci ildə bələdiyyələrin ümumi büdcə gəlirləri 50 milyon manat oldugu halda, 2012-ci ildə bu rəqəm 36  milyon, 2013 cü ildə isə 42 milyon  manat olmuşdur. Bu gün bir bələdiyənin aylıq büdcə gəliri 2300 manata çatır. Bu məbləğ isə bələdiyyəyə hər hansı bir addım atmağa imkan vermir. Odur ki, bütün bu məqamların qarşısının alınması üçün icra hakimiyyətləri orqanları ilə bələdiyyələrin səlahiyyət bölgüsün özündə ehtiva edən qanunun müzakirəyə çıxaırlaraq təsdiq edilməsinə ehtiyac vardır.

 

5. Bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, idarəçilikdə mövcud paralelliyi aradan qaldırmaq və bu  istiqamətdə dövlət  siyasətinin vahid mərkəzdən idarə oluması üçün müvafiq mərkəzi dövlət orqanının yaradılması məqsədə uyğun hesab edilir.  Yaradılacaq qurumun nazirlik, komitə və ya dövlət agentliyi  qismində ədliyyə  Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin bazasında olması daha böyük səmərə verə bilər.  Böyük təcrübəyə malik olduğundan bu orqan həm yerli özünidarəetmə sahəsində dövlət siyasətinin icrasına nəzarət edər, yerli özünidraəetmə orqanları ilə digər dövlət orqanları arasında əlaqələndirmə funksiyasın həyata keçirər, həm də dövlətin ayırdığı dotasiyanın daha səmərəli icrası üçün layihələrin həyata keçiriliməsinə, həmçinin bələdiyyələrin fəaliyyətinə müdaxilələrin aradan qaldırılmasına yardımçı olar.

 

6. ən nəhayət bələdiyyələrin birləşdirilməsi prosesi davam etdirilməli və onların sayının  daha minə qədər azaldılaraq 500-600 aralığında olması daha böyük səmərə verə bilər.

Sözsüz ki, atılan hər bir addımın nəticəsində yerli büdcəyə olan daxilolmaların həcmini bir qədər artmış olacaq, bələdiyyə-seçici münasibətlərinə bir sərinlik gətirəcəkdir. Bütün hallarda  prezident sərəncamı ilə yeni ildən qüvvəyə minəcək məqamlar bələdiyyənin inkişafına yönələn addım kimi qəbul  edilməlidir.

P.S. Məqalə 2014- ci ilin  oktyabrında yazılıb.

ŞƏRHLƏR