Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə iclasının qərarıyla qəsəbənin görkəminə xələl gətirən və qanunsuz quraşdırılan, o cümlədən heç bir standarta cavab verməyən reklam lövhələrinin söküntüsünə başlanılıb.
Məlumatda bildirilir ki, sahibkarların dəfələrlə məlumatlandırılmasına baxmayaraq Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qanunsuz quraşdırılmış reklam lövhələri sökülmüşdür.
Bu gün əməkdaşlarımız ərazidə keçirdikləri reyd zamanı sözü gedən qanunsuz reklam lövhələrinin sökülməsi işlərinı davam etdirliblər.
Bununla yanaşı qəsəbədə Biləcəri qəsəbəsi, X.Natavan küçəsində obyektlərin qarşısında səliqə-səhman yaratmaq üçün sahibkarlara müvafiq tövsiyyələr verilmiş, Y.Hüseynov küçələrində yol kənarı divarların yenidən rənglənməsi işləri aparılmış, Vağzalyanı meydana gedən yolun kənarındakı səkilər təmir olunaraq bərpa edilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|