"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə Su çərşənbəsini qeyd edib

--2017-02-21 / 18:29

Novruz yeni gün... günəşin nurunu əsirgəmədiyi yeni fəsil. insanlarda yaz nəfəsi bahar təravəti yaradan fəsil. Yazın müjdəçisi qaranquş olduğu kimi Novruzun da ilk qədəmləri çərşənbələrlə qoyulur. Bu gün çərşənbələrin nübarı olan su çərşənbəsidir.

Su saflıq duruluq timsalıdır. Adətə görə su çərşənbəsində evlər təmizlənər sübh çağı qızlar bulaq başına gedib su gətirir, bütün pisliklər axar suya axıdılırdı.

Qoy bu su çərşənbəsi həyatımızdan bütün pislikləri aparsın. Çöhrələrdə gülüş olsun.

Bugün Ağsu şəhər bələdiyyəsi tərəfindən rayonun Ağsu Mədəniyyət və istirahət parkında "Su çərşənbəsi" münasibətilə “Novruz gəlir- Yaz gəlir” başlıqlı bayram tədbiri təşkil edilmişdir.

Tədbirdə Ağsu rayon icra Hakimiyyəti və Mədəniyyət şöbəsinin işçiləri iştirak edirdilər.Bayram tədbirində rayon musiqi kollektivlərinin musiqi nömrələri təqdim edilmiş, rəqs müsabiqəsi təşkil olunmuşdur.

Müsabiqənin qaliblərinə ilk üç yerə müvafiq olaraq pul mükafatları təqdim edildi. Tədbir rayon ictimaiyyəti tərəfindən xüsusi məmnunluqla qarşılanıb.

Ağsu şəhər bələdiyyəsi sizləri su çərşənbəsi münasibətilə səmimi qəlbdən təbrik edir.

SU ÇəRşəNBəNiZ MÜBARəK!

Ziya əhmədov. (Ağsu bələdiyyəsi)

Xüsusi olaraq Belediyye.info üçün

ŞƏRHLƏR