Xəzər rayon Binə bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, qəsəbənin bilavasitə bitişik əraziləri uzun illər Abşeron rayonunun tabeçiliyində olan Hövsan Südçülük sovxozu, Donuzkökəltmə sovxozu və Donuzkökəltmə kompleksi fəaliyyyət göstərmişdir.
Binə qəsəbəsinin inzibati ərazisinə daxil olan torpaq sahələrinin çox hissəsi həmin təsərrüfatlar tərəfindən fərdi yaşayış evinin tikintisindən ötrü vətəndaşlara verilib. Bu torpaqların müəyyən hissəsi isə qanunsuz olaraq Binə qəsəbəsində qeydiyyat olmayan vətəndaşlar tərəfindən zəbt olunub.
Abşeron rayon tabeçiliyində olan mənzillərə isə hər hansı poct ünvanı belə verilməmişdir. Ünvan olmadığından Binə bələdiyyəsinin inzibati ərazisində yaşayan vətəndaşları vergiyə cəlb etmək bu günədək mümkün olmamışdır.
Bələdiyyə təklif edir ki, Binə qəsəbəsində olan küçələrin adları –ünvanlar müvafiq orqanlar tərəfindən verilməsi sürətləndirilsin. Bununla yanaşı keçmiş sovxozlar tərəfindən pay torpağı kimi verilən və ya sonradan vətəndaşlar tərəfindən zəbt edilən və sənədləşdirilməsi mümkün olan mənzillərə hüquqi status verilməsi bir pəncərə sistemiylə həyata keçirilsin.
Bələdiyyə inanır ki, müvafiq orqanlar tərəfindən bələdiyyənin xəritəsinin verilməsinin gerçəkləşdirilməsi nəticə etibariylə bələdiyyə büdcəsinə daxilolmaların həcmini arıtracaqdır.
Belediyye.info