"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə təmir-bərpa işlərini davam etdirir

--2016-12-12 / 18:09

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə,  bələdiyyə iclasının qərarıyla  son günlər şəhər ərazisində təmir- bərpa işləri davam etdirilmişdir.

H.əliyev prospekti və Təbriz küçəsindəki 11/1 nömrəli beş mərtəbəli binanın qarşısında yerləşən kiçik parklarda quraşdırılmış və yararsız vəziyyətə düşmüş elektrik dirəkləri təmir edilmiş, parkların ümumi işıqlanması təchiz edilərək sakinlərin  istifadəsinə verilmişdir. Oturacaqlar bərpa edilərək boyanmış və yeni hala gətirilmişdir.

Bunula yanaşı H.əliyev prospekti, Koroğlu, S.Vurğun küçələrində quraşdırılmış elektrik dirəklərinin işıqlandırma sistemi təmir edilmiş, dağılmış piyada səkiləri yeni tametlərlə bərpa olunmuşdur.

Bərdə bələdiyyəsi şəhərdə abadlıq işlərini davam etdirir.

                Belediyye.info 

ŞƏRHLƏR