Gürcüstanın Batumi şəhərində “şərq tərəfdaşlığı ölkələrinin yerli özünüidarəetmə orqanlarının səmərəli inkişafına doğru: yeni imkanlar və üsullar” mövzusunda konfrans öz işinə başlayıb.
əsasən təcrübə mübadiləsinin yayılmasına yönələn konfransda Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ermənistan və Ukraynadan olan dövlət və bələdiyyə təmsilçiləri iştirak edir.
Azərbaycan nümayəndə heyətinə ədliyyə Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz əliyev, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimov, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyüdmila Xəlilova, Abşeron rayon Masazır bələdiyyəsinin üzvü Səid Mahmudov və Saray bələdiyyəsinin təmsilçisi Zöhrab Fərəcov daxildir.
iki gün davam edəcək konfransı giriş sözüylə Gürçüstanın infrastruktur və Regional inkişaf nazirinin müavini Tenqiz şergelaşvili açaraq bu tipli tədbirlərin əhəmiyyətindən danışaraq təcrübə mübadiləsi üçün belə görüşlərin mühüm əhəmiyyəti olduğunu bildirib.
Müzakirələrdə Azərbaycan nümayəndə heyəti də yaxından iştirak edib.
Qeyd edək ki, Gürçüstanın infrastruktur və Regional inkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Avropa Birliyinin təşəbbüsü ilə keçirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|