Cəlilabad şəhəri Heydər əliyev Mərkəzində Milli Məclisin Regional məsələlər Komitəsinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Cəlilabad Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans baş tutacaq.
Bu barədə Belediyye.infoya məlumatı Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının koordinatoru Tofiq Həsənov bildirib.
Konfransda MM-ni Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadənın, Cəlilabad RiH-nın başçısı əziz əzizov, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Zahir əlizadənin iştirakı nəzərdə tutulub.
Konfransda Salyan, Neftçala, imişli , Saatlı, Sabirabad, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı, Biləsuvar, Cəlilabad rayon bələdiyyələrnin təmsilçiləri iştirak edəcək.
Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun “Bələdiyyə - vətəndaş əlaqələrinin möhkəmləndirilməsində Yerli Demokratiya Həftəsinin rolu”, şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovun “Yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş iştirakçılığının mahiyyəti”, Cəlilabad rayon Bələdiyyə sədrləri şurasının sədri, Cəlilabad rayonu Alar bələdiyyəsinin sədri Bağış Mustafayevin “Bələdiyyə fəaliyyətində əhalinin müxtəlif təbəqələrinin təmsilçiliyi: qarşılıqlı münasibətlər və öhdəliklər” mövzusunda geniş məruzələri planlaşdırılıb.
Belediyye.info