şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi və Avropa şurası proqrama üzv ölkələrin yerli özünüidarəetmə orqanları üçün italiyada seminar-təcrübə mübadiləsi təşkil etmişdir. Seminarda Azərbaycan, Gürcüstan, Moldova, Belarusiya, Ukrayna və Ermənistandan ümumilikdə 40-nəfərdən çox nümayəndə iştirak edir.
Bu barədə məlumatı Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva öz Facebook səhifəsində paylaşıb.
Statusda qeyd edilir ki, Azərbayanı sözügedən tədbirdə Aytac əliyeva və Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova təmsil edib. Proqram çərçivəsində Aytac əliyeva təqdimatı keçirilirb.
Bu barədə A.əliyeva qeyd edib ki, ölkəmizdə, həmçinin,təmsilçisi olduğum Binəqədi rayonunda qeyd olunan istiqamətdə aparılan islahatlar haqqında təqdimat etmək - mənim üçün böyük şərəf və qürur idi.
“Çalışdım ki, Binəqədi rayonunun bələdiyyələrinin timsalında Bələdiyyələrarası Ó˜məkdaşlıq formaları və inkişaf perspektivləri haqqında geniş məlumat verim. Sonda iştirakçılara milli mətbəximizin incilərindən olan şəkərbura və paxlama hədiyyə etməyimiz isə əlavə diqqət cəlb etdi.”
Belediyye.info
|
|
|
|
|
|