"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı"nın açılışı keçirilib

--2018-05-17 / 13:59

Türkiyənin Maltəpə bələdiyyəsi tərəfindən istifadəyə verilən "Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı"nın açılışı keçirilib. Maltəpə Başıböyük Məhəlləsindəki parkın açılışında, Bələdiyyə sədri əli Qılınc, Azərbaycan Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədə səfiri Xəzər ibrahim, Azərbaycan istanbul Baş konsulu Məsim Hacıyev, millət vəkilləri Adil Alıyev, Nazim Cafarov, Musa Qasımlı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilər ilə çoxli sayda sakinlər qatılıb.

Açılışda çıxış edən səfir Xəzər ibrahim "Bu sadəcə dostluğun deyil qardaşlığın rəmzidir. 100 il əvvəl Azərbaycan və Türkiyə bir-birinə qardaşlıq əlini uzatdılar. O zaman Azərbaycan Respublikasının yaranma mübarizəsinə Türkiyə çox böyük bir dəstək verib. O zaman Nuru Paşanın komandanlığı altında Qafqaz islam Ordusu gəldi. Eyni zamanda Türkiyənin Qurtuluş Müharibəsinə Azərbaycandan könüllülər gəldilər. Türkiyənin qurtuluşu üçün savaşdılar. Bu gün də 100 il sonra Azərbaycan və Türkiyə bir-birinə sadiqdirlər, yenə qardaş əlini uzadırlar" deyib.

Maltəpə Bələdiyyə sədri əli Qılınc: "Bu gün əlamətdar bir tarixdə parkın açılışını edirik. Təxminən 5 hektar ərazi üzərində "Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı"n açmışıq. Yaxın aylardan etibarən Azərbaycanlı sənətçilər, heykəltəraşlar şəxsən gəlib əsərlərini burada təqdim edə biləcəklər. Hər dəfə bir müsabiqə ilə ortaya çıxan əsərləri burada nümayiş etdirməyə davam edəcəyik"

Park açılışının ardından, Türkiyədə yaşayan Azərbaycanlı rəssamların əsərlərinin göstərildiyi sərgi də Professor Doktor Türkan Saylan Mədəniyyət Mərkəzində sərgilənib.

Belediyye.info

ŞƏRHLƏR