"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə tərəfindən həftə ərzində 42 nəfər qəbul edilib

--2015-10-19 / 10:37

Naftalan bələdiyyəsi “Yerli demokratiya həftəsi”ndə  bir  sıra ciddi addımlar atıb.

Bələdiyyədən  Belediyye.infoya  daxil olan məlumata görə,  bu həftə ərzində  yerli özünüidarəetmə forması olan bələdiyyə haqqında və onun əsas vəzifələri haqqında qısa xülasə yazılaraq sakinlərin yaxından tanış olması məqsədiylə  bələdiyyənin inzibati binasında olan  lövhədən asılmışdır.

Habelə 12.10.2015-18.10.2015-ci il tarixlərində hər gün saat 10:00-dan saat 17:00-a kimi bələdiyyədə “Açıq qapı” günləri elan edilmişdir. Bu müddətdə 42 nəfər şəhər sakini bələdiyyədə qəbul edilmiş və müvafiq tədbirlər görülmüşdür.  Sakinlərlə əlaqələrin operativliyini artırmaq məqsədiylə  “Qaynar xətt” yaradılmış,  bələdiyyənin yerləşdiyi binada  habelə  əhalinin sıx toplaşdığı yerlərdə   2 ədəd “Bələdiyyə poçt qutuları” quraşdırılmışdır.

Bələdiyyə əhalisi ilə görüşlərdə cari ilin oktyabr ayının 18-nə qədər bələdiyyədə görülmüş işlər barədə, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə seçicilərə hesabat verilməsidə həftə ərzində bələdiyyəinin həyata keçirdiyi işlərdəndir.

  Belediyye.info

 

ŞƏRHLƏR