"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə təşəkkür edir

--2017-07-28 / 06:48

şəmkir rayon Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov  Rusiya Federasiyasında yaşayan həmkəndlilərinin maliyyə dəstəyi ilə Çinarli qəsəbəsində  eni on metr olmaqla 600 metrlik məsafəyə asfalt salınıb.

Sədrin sözlərinə görə, qəsəbənin bir qrup imkanlı sakininin təşəbbüsü ilə atılan bu addım təqdirəlayiqdir. Sədr və bələdiyyə üzvləri sakinlərə təşəkkürünü bildirməklə, salınan yola nəzarətin edilməsini bələdiyyə qulluqçuları tərəfindən həyata keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, belə təşəbbüs artıq ənənəyə çevrilib. Bundan sonra da ardıcıl olaraq qəsəbənin abadlığına bələdiyyə də öz töhvəsini verəcək.    

Belediyye.info

ŞƏRHLƏR