"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə tibb məntəqəsi inşa edir

--2015-05-28 / 10:14

Ağdam rayonu Qərvənd bələdiyyəsinin inzibati ərazisində  yeni tibb məntəqəsi inşa edilir. Daxili imkanlar hesabına inşa edilən məntəqə  üç otaqdan ibarət olacaq. Qərvənd bələdiyyəsinin sədri Azər Mikayılovun Belediyye.info saytının əməkdaşına bildirdiyinə görə,  məntəqəni ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Azər Mikaylovun sözlərinə görə, bələdiyyə ərazisində vergilərin yığımında çətinlik çəkilsədə, bu günədək Məcburi Köçkünlərin Sosial inkişaf Fondunun və  Azərbaycan Respublikası ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin  xətti ilə altı  layihə həyata keçirilb. Bu layihələrin hər biri ərazinin infrastrukturunun bərpasına xidmət edib. Orta Qərvənddə bələdiyyənin inzibatı ərazisində 74 min manat yol tikintisinə, su xəttlərinin çəkilişinə 63 min manat, Ayaq Qərvənddə elektrik xəttlərinin yeniləşdirilməsinə 64 min manat  xərclənib. Cari ildə Ayaq Qərvəndin su xəttlərinin çəkişiylə bağlı layihənin icarsı nəzərdə tutulub. Bu gün ərazidə mövcud olan təsərrüfatların hər birinə su xətti çəkilib. Sədrin sözlərinə görə, bələdiyyə ərazisində  infrasturkturala bağlı hər hansı problem yaşanmır.

Belediyye.info

 

ŞƏRHLƏR