"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə torpaqlarının icarəyə ayrılması qaydası necədir? SORUşUN CAVAB VERəK

--2023-02-15 / 05:23

Sual: Bələdiyyə torpaqlarının icarəyə ayrılması qaydası necədir?

Cavab: Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq  hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

 *****

Sual: Bələdiyyələr öz fəaliyyətini hansı qaydada həyata keçirirlər?

Cavab: Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq  bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin icra orqanı onun icra aparatıdır. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri  rəhbərlik edir

ŞƏRHLƏR