"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə turistlər üçün xidmət sahəsi yaradır

--2015-06-22 / 22:40

“Bələdiyyə olaraq, Lahıcda Azərbaycan Kənd investisiya Layihəsində (AzKiL) “icma bazarı” tikirik. Bu da bələdiyyəyə əlavə gəlir gətirən sahədir”. Bu fikirləri belediyye.info saytına açıqlamasında ismayıllı rayonu Lahıc bələdiyyəsinin sədri Rövşən əliyev deyib. Onun sözlərinə görə, bu layihə Dünya Bankının vasitəsilə maliyyələşir: “Bu həm icmaya, həm də bələdiyyəyə xeyir gətirən layihədir. Bundan əlavə bələdiyyə tərəfindən dayanacaq tikirik və buradan da gəlir əldə edəcəyik. Eyni zamanda Lahıca giriş “içərişəhər” Dövlət Qoruğu kimi edəcəyik. Bura daxil olmaq istəyənlər müəyyən miqdarda pul ödəməklə daxil olacaqlar. əslində biz bu addımı Lahıcın tarixiliyini qoruyub saxlamaq üçün edirik.

Bizim bölgə turist zonasıdır və düşürük ki, “bələdiyyə xidməti” kimi bir servis formalaşdıraq. Bu xidmət daxilində turistlərin daşınması həyata keçiriləcək. Eyni zamanda onlara “fast food” kimi milli mətbəximizdən yeməklər təklif olunacaq. Bələdiyyənin inkişafı üçün bu kimi ideyalar fikirləşmişik və həyata keçiririk”.

Bələdiyyə sədri deyib ki, AzKiL vasitəsilə ilk layihə Lahıc qəsəbəsi ilə ərəgit kəndi arasında 1250 kvadrat-metrlik yola çınqıl daş döşənib: “ikincisi, qeyd etdiyim, “icma bazarı” layihəsidir. Bu binanın artıq birinci mərtəbəsi hazırdır və başa çatdıqdan sonra 10 ailə buradan dolanacaq. Biz onlardan daha bir layihə götürməyi düşünürük və əsasən gəlir gətirən sahə ilə bağlı layihələri götürüb işləmək niyyətindəyik. Çünki buradan 10-15 nəfər işlə təmin oluna bilər”.

R.əliyev deyib ki, əmlak və torpaq vergisinin toplanması ilə bağlı işlər davam edir. Onun sözlərinə görə, artıq hər iki vergi üzrə yerli əhalidən vergilər toplanıb: “Burada yaşayan əhali vergiləri verməkdə maraqlıdır. Sadəcə, burada böyük ev tikib və daimi yaşamayanlardır ki, onlar da yay ərzində gəlirlər. Onlardan da əmlak vergisini toplayacağıq. Bizdə çətinlik ondadır ki, əhalinin əmlakının texniki pasportu yoxdur və konkret evlərinin kvadratı bilinmir. Özümüzdə onu ölçmək üçün çox böyük əziyyət çəkirik və əslində bu bizim işimiz də deyil. Bələdiyyələrin bu işi həyata keçirməsi üçün mütəxəssisi olmalıdır, lakin buna da maddi imkanımız yoxdur. Bu təkcə bizim yox, bütün bələdiyyələrin problemidir.

əmlakların qeydiyyata alınması prosesini də demək olar ki, yekunlaşdırmışıq. Sadəcə, bu əmlakların vergisinin toplanması qalır”.

Bələdiyyə sədri vurğulayıb ki, yerli icra hakimiyyəti bələdiyyələrin fəaliyyətinə maneə yox,  köməklik göstərirlər: “Bir çox hallarda ismayıllı rayon icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun birbaşa müdaxiləsi və dəstəyi ilə rayon bələdiyyələrinə ciddi köməklilər göstərilir.. Bizə yaratdığı bu şəraitə görə, bələdiyyə sədri olaraq rayon rəhbbəlriyinə  təşəkkürümü bildirirəm”.     

Bəxtiyar Məmmədli 

ŞƏRHLƏR