"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə Uşaqların Beynəlxalq Müdafiəsi gününü belə qeyd etdi

--2018-06-01 / 14:07

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Binəqədi Bələdiyyəsi Binəqədi RiH başçısının 2 nömrəli SiəD üzrə nümayəndəliyi ilə birlikdə 6-cı mikrorayon, S.Məmmədova 201 ünvanda yerləşən parkda balaca balalarımızla görüşdük, bayramlarını təbrik etdik. Uşaqların üzündə yaranan təbəssüm günümüzə xüsusi rəng qatdı.”- bu fikirləri Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı deyib.

Bununla bağlı sədr daha sonra bildirib: "Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yenidən yaşaya bilər" deyirlər. Gəlin uşaqlarımıza öz yaşamaq istədiyimiz həyatı yaşadaq! 
Gününüz mübarək, əziz balalar!”

Belediyye.info

ŞƏRHLƏR