"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvləri bəzən etimadı doğrultmağa borclu olduqlarını unudurlar-SəDRDəN SəRT TəNQiD

--2016-01-21 / 23:03

2014-cü il dekabrın 23-də ölkəmizdə 4-cü çağırış bələdiyyə seçkiləri keçirildi. şəffaf və demokratik şəraitdə keçirilən son bələdiyyə seçkilərində qadın və gənclərin daha çox mandat qazanması ilə yadda qaldı. Bələdiyyələrə seçilən qadınların sayı ümumi rəqəmin 29%-ni, gənclər isə 24%-ni təşkil etdi. Halbuki 2-ci bələdiyyə seçkilərindən sonra qadınların təmsilçiliyi cəmi 4%, gənclərin təmsilçiliyi isə cəmi 5% idi.

Bu gün Binəqədi Bələdiyyəsinə seçilən üzvlərin 41,2%-ni gənclər təşkil edir: 17 nəfərdən 7-si gəncdir. Qadınların təmsilçiliyi isə daha yüksək oldu – 47%, yəni 17 nəfərdən 8-i. Seçkilərdə bələdiyyəmizə 17 nəfər  bələdiyyə üzvü seçilib.

Qeyd edim ki, 2015-ci il yanvarın 26-da Bələdiyyəmizin ilk iclası keçirildi, bələdiyyə üzvləri öz səlahiyyətlərinin icrasına başladı. ilk iclasda təşkilati məsələlərə baxıldı, sədr, sədr müavinləri, 5 daimi və 1 başqa komissiya yaradıldı.

Bələdiyyənin strukturu, ştat cədvəli, şöbələrin faliyyətinə dair əsasnamələri, bələdiyyənin reqlamenti təsdiq edildi. Bələdiyyə qanunveriliciyində mövcud dəyişikliklər nəzərə alınaraq ədliyyə Nazirliyində Bələdiyyənin yeni Nizamnaməsi qediyyatdan keçirildi.

Bələdiyyəmizin  fəaliyyət istiqamətlərinin, həyata keçirilmiş layihələrin, görülmüş və görüləcək işlər barədə bəzi  məlumatları diqqətə çatdırmaq istərdim.

Hazırda bələdiyyənin ərazisi 295.73 ha olmaqla, 6, 7, 8, 9 və 9 ”A” mikrorayonlarını, Naxçıvani və Dərnəgül yaşayış massivlərini və Bakı şəhər icra Hakimiyyətinin 2005-ci il tarixli qərarı ilə ayrılmış 1000 ha yaxın Goradil, Fatmayı, Novxanı bağlar massivini və onlara bitişik çimərlik zonalarını əhatə edir. ərazimizdə yaşayan əhalinin sayı isə 90 600 nəfərdir.

Binəqədi Bələdiyyəsi öz fəaliyyətini mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən həyata keçirir. Hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. 2015-ci ildə 22 iclas keçirilib, baxılan məsələlərə aid 108 qərar qəbul edilib.

2015-ci ildə vətəndaşlardan bələdiyyəmizə 633 müraciət daxil olub. Bunlardan:

 

- sahibkarlıqla məşğul olmaq üçün vergi orqanlarına arayışların verilməsi barədə                                                                                                                                       – 109 (17%)

- maddi yardım göstərilməsi barədə                                                                – 65 (10%)

- bağ sahələrində kiminsə qeydiyyatda olub-olmaması barədə                       – 149 (23%)

- vətəndaşın adına torpaq sahəsinin olub-olmaması barədə               – 82 (12%)

- Dövlət Sosial Müdafiə Fonduna arayışlar barədə                                        – 19 (3%)

- hərbi hissələrə müraciətlər barədə                                                                – 38 (6%)

- torpaq sahələrinin addan-ada keçirilməsi, müqavilələrin vaxtının uzadılması barədə                                                                                                                     – 31 (4%)

- bələdiyyəyə vergi və ya əmlak borcunun olub-olmaması barədə      – 76 (12%)

- torpaq sahəsinin ayrılması barədə müraciətlər                                             – 70 (11%)

Digər müraciətlər, əsasən işlə təmin və işdən çıxmaq, torpaq sahəsinin zəbt edilməsi, həyətyanı sahələrin suvarılması, evdə təmir işlərinin aparılması, sənədlərin dublikatlarının verilməsi, dönmə nöqtələrinin göstərilməsi və təşkilatlara müvafiq arayışların verilməsi və s. ilə bağlı olub.

Qeyd etmək lazımdır ki, Bələdiyyəmizdə sədr və müavinlərin, daimi komissiya sədrlərinin, eləcə də şöbə müdirlərinin qəbul günləri müəyyənləşib və il ərzində bələdiyyəmizdə 376 nəfər qəbul edilib.

Bununla yanaşı, vətəndaşlarımızın müraciətlərinin operativ cavablandırılması məqsədilə 562-85-16 nömrəli qaynar xətt də yaradılıb.

Sakinlərlə yerlərdə səyyar görüşlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılıb. Mütəmadi olaraq rayonun ağsaqqalları, gəncləri, ziyalıları ilə çoxsaylı görüşlər keçirilib.

Sakinlərin bələdiyyənin fəaliyyətini mütəmadi  olaraq izləyə bilməsi, eləcə də öz müraciətlərini bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün sosial şəbəkələrdə, o cümlədən FB sosial şəbəkəsində bələdiyyəmizin səhifəsi yaradılıb.

“Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində, həmçinin Bələdiyyəmizdə “poçt qutusu” da yerləşdirilib, sakinlərin müraciətlərini anonim şəkildə ünvanlaması təmin edilib. Bütün bu tədbirlər bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafina və şəffaflığının artırılmasına xidmət edir.

il ərzində Rayon icra Hakimiyyəti başçısının ərazimizdə sakinlərlə 12 görüşü keçirilib, bunlardan 2-si “Açıq qapı” çərçivəsində baş tutub. Görüşlərdə səslənən məsələlərdən 5-i bələdiyyəyə aid olub. Məsələlərdən bir qismi operativ həll olunub, bir qismi tədbirlər planına salınıb, həlli mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.

Bələdiyyəmiz RiH-in “Sakinlərin müraciət xidməti 1646” ilə də əlaqəli şəkildə işləyir. Bələdiyyəmizə, əsasən Novxanı, Fatmayı, Goradil bağlar massivindən sakin müraciətləri ünvanlanır.

Bələdiyyə ilə əhali arasında münasibətlərin demokratik şəkildə həllində Məhəllə komitələri də mühüm rol oynayır. Hazırda ərazimizdə 60-dan çox Məhəllə komitəsi fəaliyyət göstərir.

Ölkəmizin sürətli inkişafı, idarəetmənin ən müasir tələblər səviyyəsində qurulması əhali arasında müasir ödəniş mədəniyyətini formalaşdırır. şəffaflığı təmin etməyin əsas vasitələrindən biri isə bütün əməliyyatların nağdsız ödəniş yolu ilə həyata keçirilməsidir. Bələdiyyələr də bu prosesdən kənarda qala bilməz. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Fiziki şəxlərin əmlak və torpaq vergiləri ilə bağlı edilən bu dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.

Bələdiyyələr tərəfindən verginin hesablanması və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyə Vergi informasiya Sisteminin yaradılması da zərurətə çevrilmişdi. Bu səbəbdən də Binəqədi rayonunun 5 bələdiyyəsində Vergilər Nazirliyinin dəstəyi ilə BViS pilot layihəsinin tətbiqinə başlanıldı. Bu layihə çətinliklərin aradan qaldırılmasına, bələdiyyə büdcəsinin formalaşmasına əlverişli şərait yaratmışdır. Bələdiyyəmizdə yığımın ötən ilin anoloji dövrü ilə müqayisədə iki dəfəyədək artması, düşünürəm ki, bu layihənin müsbət nəticəsidir. Bu isə imkan verəcək ki, büdcəmizin gəlirləri hesabına əhalinin problemlərinin həllinə daha yaxından kömək edə bilək.  

Bu gün Bələdiyyəmizin fəaliyyətində sahə nəzarəti haqqında qaydaların tədbiqində dəyişikliklər aparılır. Həmin qaydalara əsasən, sahə vergi müfəttişlərinin funksiyaları daha da genişləndirilib. Yeni qaydalar Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi əməkdaşlarının, sahə vergi müfəttişlərinin təhkim olunduqları ərazi üzrə fəaliyyət istiqamətlərini və vəzifələrini müəyyən edir, ərazi nəzarəti sahəsində yerli strukturlar arasında koordinasiya münasibətlərini tənzimləyir.

Qarşıda duran digər bir vəzifə vergi yığımında şəffaflığın təmin edilməsidir. Sözsüz ki, verginin düzgün yığılması üçün tam və dəqiq uçot sistemi olmalıdır. Məhz bu məqsədlə də Bələdiyyəmiz ərazisində olan ev təsərrüfatları və təsərrüfat subyektlərinin pasportlaşması işini həyata keçirir. Uzun illər diqqətdən kənarda qalmış çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının pasportlaşma işi də diqqətdə olub. Pasportlaşmanın üstün cəhətləri fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanmasında şəffaflığın təmin olunmasıdır. Bələdiyyə büdcəsinə çoxmənzilli binalardan daxil olan əmlak vergisi çoxlu sayda tələb olunan təmir, abadlıq, yenidənqurma işlərinin həyata keçirilməsi üçün geniş imkanlar yarada bilər.

Bələdiyyəmizin ərazisində 35 200 ev təsərrüfatı, 3 779 təsərrüfat subyekti və bağ massivində 3 311 bağ sahəsi mövcuddur. Bu məqsədlə Binəqədi Bələdiyyəsinin əmri ilə sahə vergi müfəttişləri arasında ərazi bölgüsü aparılıb. Pasportlaşma işi bu gün də davam etdirilir. Bu günə ərazimizdə mövcud olan 388 bina və 17 kooperativ evin 294-də (72.5%) və 1 230 təsərrüfat subyektinin (32%) artıq pasportlaşma işi yekunlaşıb.

Bələdiyyəmiz öz işini Binəqədi rayon ərazisində fəaliyyət göstərən özünüidarəetmə qurumu kimi daim RiH ilə sıx təmasda, qarşılıqlı işgüzar əlaqələr əsasında qurmuşdur.

Binəqədi RiH başçısının 01 iyul 2014-cu il tarixli sərəncamına əsasən, başlamış “Təmiz Binəqədi” layihəsində Bələdiyyəmiz də yaxından iştirak etmişdir.

Bələdiyyəmiz, RiH tövsiyyəsinə uyğun olaraq, Novxanı, Göradil, Fatmayi bağları, çimərlik və yaşayış sahələrinə xüsusi diqqət ayırır. Sözügedən ərazidə ekoloji tarazlığın qorunması, təmizliyin qorunub-saxlanması məsələlərinə daha böyük diqqət ayrılır. Məişət tullantılarının yığılması və daşınması işi gündəlik həyata keçirilir, eyni zamanda müxtəlif irimiqyaslı təmizlik aksiyaları həyata keçirilir. Təmizliyin qorunması üçün əraziyə yeni konteynerlər yerləşdirilib, məişət tullantıları üçün daş yerlər tikilib sakinlərimizin istifadəsinə verilib.

Bələdiyyə hesabat ili ərzində ərazimizdə mövcud olan “əhalinin mədəni-kütləvi tədbirlər evlərini” öz balansına götürmüş, “Xeyir-şər” evlərinin səmərəli istifadəsi, eyni zamanda elektrik enerjisi, su və qaz cihazlarının təhlükəsizliyini təmin etmiş, müxtəlif invertarlarla təchiz etmiş və sakinlərimizin istifadəsinə vermişdir. Xüsusi qeyd etməliyəm ki, Bələdiyyəmiz bu işi sakinlərimizə çox az məbləğdə xidmət haqqı almaqla bu gün də davam etdirir. istifadədən yığılan maliyyə isə aztəminatlı ailələrin tədbirlərinin keçirilməsinə xərclənir.

Bələdiyyə, sakinlərin sosial problemlərinin həlli sahəsində də öz səylərini əsirgəməmişdir. Tənha qocalar, əlillər, şəhid və aztəminatlı ailələrin yaşama şəraiti ilə maraqlanmış və onları daim diqqət mərkəzində saxlamışdır.

Bələdiyyəmiz ötən il çoxsaylı sosial layihələri həyata keçirmişdir:

-         7 fevral 2015-ci il tarixdə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr və MKTB-nin dəstəyilə Novxanı, Fatmai, Göradil bağ massivlərində təmizlik aksiyası həyata keçirdik;

-         14 fevral 2015-ci il tarixdə ərazimizin ağsaqqaları, 20 fevral 2015-ci il tarixdə ziyalılarla, 14 aprel 2015-ci ildə sahibkarlarla görüşdük;

-         25 fevral 2015-ci ildə RiH-lə birlikdə Göradil bağ massivində yerləşən 2 saylı Evtikmə Komitəsinin istirahət zonasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüşdük;

-         14 iyul 2015-ci il tarixdə Bələdiyyəmiz 83 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən “Samuray” idman klubunun 2 idmançısının Rumıniya Respublikasında keçirilən dünya çempionatında iştirakının təmin edilməsi məqsədilə büdcədən 600 AZN vəsait ayırmışdır. Məlumat üçün bildirək ki, komandamız yarışlarda 3 qızıl, 1 gümüş, 2 bürünc medalla geri dönmüşdür;

-         16 may 2015-ci il tarixdə RiH, Fövqəladə Hallar Nazirliyi Baki Regional idarəsinin və Bələdiyyəmizin təşkilatçılığı ilə Dərnəgül metrostansiyasının ətrafında ağacəkmə aksiyası keçirdik;

-       Ötən il Ilk dəfə Binəqədi rayon bələdiyyələri mətbuat qarşısında hesabat verdilər. 23 iyul 2015-ci il tarixində Bələdiyyəmizin inzibati ərazisində “Mətbuatın 140 illik yubileyi” münasibətilə konfrans təşkil olundu;

-       Yeni dərs ilinin başlanması ilə əlaqədar ərazimizdəki aztəminatlı ailələrin övladları ilə görüş keçirildi, onlara yeni məktəbli formaları hədiyyə olundu;

-        “Dövlət Bayraq günü” münasibətilə Binəqədi qəsəbə bələdiyyəsi ilə birlikdə rayonumuzun bir qrup yeniyetməsinin “Dövlət Bayraq Meydanı”na gəzintisini təşkil etdik;

-             “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində rayonumuzda fəaliyyət göstərən bələdiyyələrlə birlikdə “birgə yaradaq” deyərək yenidən həmrəy olduq və Xocəsən bələdiyyəsinin ərzasində ağacəkmə aksiyası keçirdik;

Sadaladığım bütün bu tədbirlər, görülmüş işlərlə yanaşı, bələdiyyəmizin müəyyən problemləri, işimizdə müəyyən çatışmazlıqlar var. Binəqədi bələdiyyəsi ötən dövrlərdə ölkəmiziin ən nüfuzlu, maddi gəlirləri daha çox olan bələdiyyələrindən biri olmasına baxmayaraq, indiyədək özünün inzibati binası yoxdur.

Binəqədi Rayon icra hakimiyyəti rayonda fəaliyyət göstərən 5 bələdiyyəyə lazimi dəstəyi göstərir və bu dəstək bizim üçün çox önəmlidir. Bu dəstəyi sübut edən amillərdən biri bələdiyyələrə “tövsiyyələr zərfi”nin təqdim olunması idi. Həmin “tövsiyyələr zərfi”ndə bələdiyyələrin xidmət sahələrinin yaradılması xüsusi qeyd olunur. Və mən etiraf edirəm, müəyyən təkliflərimiz olmasına baxmayaraq,  obyektiv və subyektiv səbəblərdən həmin xidmət sahələrinin yaradılmasında müəyyən çətinliklər çəkirik. Ancaq əmin edirik, xidmət sahələrinin yaradılması bundan sonrakı fəaliyyətimizdə prioritet istiqamət olacaq. Bələdiyyənin təkcə əmlak və torpaq vergisindən yox, eyni zamanda digər xidmət sahələrindən də gəlir mənbələrinin olmasını təmin etmək, bu gəlirləri də sakinlərin rifahı naminə xərcləmək üçün lazimi tədbirlər görəcəyik... 

Digər problemimiz yeni seçilmiş Bələdiyyə üzvləri ilə bağlıdır. Bir həqiqəti xüsusi vurğulamaq istəyirəm: Bələdiyyəmizin üzvləri sakinlərin rəğbətini qazanaraq, onların səsini toplayaraq seçiliblər, insanlar onlara etimad göstəriblər, etibar ediblər. Amma çox təəssüf ki, bələdiyyə üzvləri bəzən, məhz onları seçən sakinlərin qarşısında cavabdehlik hissini, onlara hesabat verməyə, etimadı doğrultmağa borclu olduqlarını unudurlar. Heç bir təşəbbüslə çıxış etmir, yeni təkliflər vermirlər. Bələdiyyənin ümumi iclaslarına qatılmırlar, olduqca laqeyd münasibət nümayiş etdirirlər. əlbəttə, bu, ciddi problemdir və düşünürəm ki, bələdiyyə üzvləri tezliklə öz işlərində dönüş yaradacaqlar.           

 “Azərbaycan heç vaxt indiki kimi güclü inkişaf etməyib”. Prezident ilham əliyevin qeyd etdiyi bu inkişaf hər birimizin gözü önündə baş verir və ölkəmizdə duyduğumuz iftixar hissini daha da artırır.

Fəaliyyət göstərdiyimiz bir il müddətində bu məsuliyyəti bir an da olsun unutmadıq. Hər addımda anladıq ki, xalqımıza, insanlara xidmət etməliyik. “Azərbaycan xalqının birinci xidmətçisi mənəm!” Prezident ilham əliyevin bir fikri bizim üçün hər zaman əsas proqramdır: “Dövlət məmurları xalqın xidmətçiləri olduqlarını unutmamalıdırlar”. Biz də bələdiyyə olaraq xalqa xidmət edirik. Bu xidmət xalqımızın rifahı, əmin-amanlığına ünvanlanıb. Və Ulu Öndərimiz Heydər əliyevin siyasəti ilə qurulan Prezident ilham əliyevin qətiyyəti ilə dünyanın qüdrətli ölkəsindən birinə çevrilən Azərbaycana, Azərbaycan xalqına xidmət etməkdən qürür duyuruq.

Sitarə Cabbarlı

Binəqədi bələdiyyəsinin sədri

 

 

 

 

 

ŞƏRHLƏR