"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvləri Moldovada ölkəmizi təmsil ediblər

--2016-11-18 / 14:55

Avropa şurası Yerli və Regional təşkilatlar Konqresinin dəstəyi və təşkilatlığı ilə şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “Vətəndaş iştirakçılığı: yerli demokratiyada mühüm alət kimi” mövzusunda seminar-təlimi Moldovanın paytaxtı Kişinyov şəhərində öz işinə başlamışdır. Tədbirdə Azərbaycan , Gürcüstan, Moldova və Ukraynadan olan 50-dək mer, yerli icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri iştirak etmişdir.

16-17 noyabr 2016-cı il tarixində keçirilmiş tədbirdə Kişinovun baş meri cənab  Sorin  Çirtoaka, Avropa Birliyinin Moldova Nümayəndəliyinin rəhbəri cənab Pirka Tapiola və Avropa şurasının Moldova Nümayəndəliyinin rəhbəri cənab Xose-Luis Herrero giriş nitqləri ilə çıxış etmiş, daha sonra sözü Avropadan olan beynəlxalq ekspertlər almışdır. Seminar-təlim işini müxtəlif işçi qruplarında davam etdirmiş, yuxarıda qeyd olunan ölkələrin təcrübələri, qərar qəbulunda vətəndaş iştirakçılığının təmin olunması, xidmət sahələri, seçkilər və şəffaflıq və s. sahələrdə geniş fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Binəqədi bələdiyyələrini təmsil edən Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva və Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova  seminar-təlimdə iştirak ediblər.

Hazırda idarəetmənin müxtəlif səviyyələrində, xüsusilə yerli özünüidarəetmədə vətəndaş iştirakçılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan seminar-təlim bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və beynəlxalq təcrübənin öyrənilməsi, onların yerlərdə tətbiqi bütün bələdiyyələr üçün faydalı olacaqdır. 

Belediyye.info

ŞƏRHLƏR