24-25 avqust tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində T.C Gənclik və Spor Bakanlığı və Türkiyə Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı ilə "Genç Dostu şehirler Kongre ve Sergisi" baş tutmuşdur. Bu barədə məlumatı tədbir iştirakçısı Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib.
Tədbirdə Azərbaycan heyəti olaraq şəhər Bələdiyyələri Milli Assosasiyanın sədri Təmraz Tağıyev, şəhər Bələdiyyələri Milli Assosasiyanın icraçı katibi Tofiq Həsənov, Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev, Yevlax bələdiyyəsinin sədri ismayıl Hüseynli iştirak etmişdir.
əsas məqsədi gəncliyin bələdiyyələrlə münasibətini və gənclərin ölkənin sosial həyatına qatılımının gücləndirilməsi olan tədbirin açılışını Türkiyə Cümhuriyyəti prezidenti Recep Tayyip Erdoğan etmişdir.
iki gün davam edən sərgidə,müvəffəqiyyət qazanan bələdiyyələrə mükafatları təqdim olunmuşdur.
Belediyye.info