Biləsuvar bələdiyyəsinin üzvləri- sədr müavini Malik Qədirov və ümumi şöbənin müdiri Sevinc Ağayeva, həmçinin vergi müfəttişləri Bəylər Abbasov, Tərlan Məlikov və Adil Mənsimov bələdiyyə sədri ilqar Abbasovun əmriylə vergi xidmətinin təşkilində səmərəli fəaliyyətlərinə və bələdiyyənin yaranmasının iyirmi ikinci ildönümü münasibətiylə “Fəxri Fərman”la təltif ediliblər. Bu gün bələdiyyə üzvlərinin işitirakıyla keçirilən görüşdə yuxarıda adları çəkilən üzv və qulluqçular “Fəxri Fərmanla təltif ediliblər.
Görüşdə çıxış edən sədr ilqar Abbasovun sözlərinə görə, cari ildə bələdiyyənin qarşılaşdığı çətinliklərə baxmyaraq bələdiyyə üzvlərinin və qulluqçuların birgə və əlaqəli fəaliyyəti nəticəsində bir sıra ciddi layihələr icra edilmiş, habelə sakinlərin qaldırdığı problemlər öz həllini tapmışdır.
Sədr sonda təltif edilənləri təbrik edirək, növbəti ildə daha səmərəli fəaliyyəti həyata keçirməyi arzulamışdır.
Belediyye.info