"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvlərinin sağlamlığının qorunması məsələsini daim diqqətdə saxlayırıq

--2017-09-29 / 11:39

Bu gün ABiHi Biləsuvar rayon Komitəsi 19 ilk həmkarlar təşkilatını özündə birləşdirməklə 152 nəfər ittifaq üzvünü təmsil edərək fəaliyyət göstərir.

Həmkarlar ittifaqı öz nizamnaməsinə və əmək qanunvericilik aktlarına istinad edərək şəhər və kənd bələdiyyələri ilə bağladığı qarşılıqlı kollektiv müqavilə əsasında ittifaqın üzvlərinin sosial, iqtisadi və maddi-mənəvi hüquqlarının qorunmasını və onlar arasında mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini təmin edir.

ABiHi Biləsuvar rayon Komitəsinin fəaliyyətinin əsas istiqamətləri aşağıdakı məsələlər  üzrə aparılmışdır:

 

         1.Təşkilati məsələlər

         2.Maliyyə məsələləri

         3.Sosial məsələlər

         4.əməyin təhlükəsizliyi

         5.Sağlamlığın mühafizəsi

         6.Hüquqi məsələlər

Həmkarlar ittifaqı rayon Komitəsi fəaliyyəti dövründə  müntəzəm olaraq Bələdiyyələrlə ərazi sazişi, ilk təşkilatlarla isə, işəgötürənlərlə qarşılıqlı kollektiv müqavilə bağlamışdır. Müqavilələrin axırıncı bağlanma tarixi  2015-ci ildə olmuşdur.

Həmkarlar ittifaqı əmək qanunvericiliyi normalarının, əməyin təhlükəsizliyi, sağlamlığın mühafizəsi və s. neqativ halların işəgötürənlər tərəfindən pozulmasının qarşısının alınması içinə nəzarət etmişdir.

işçinin qanunsuz işdən çıxarılması. əmək münasibətlərinin sənədləşdirilmsi, əmək haqlarının və xəstəlik vərəqlərinin vaxtında ödənilməsi, işçinin məcburi əmək müqaviləsinə cəlb olunması, iş yerində normal iş şəraitinin yaradılması, əmək intizamına əməl olunması üçün reydlərin keçirilməsi həmkarlar ittifaqının fəaliyyətinin tərkib hissəsi olmuşdur.

Həmkarlar ittifaqı ittifaq üzvləri tərəfindən daxil olmuş ərizə və müraciətlərə diqqətlə yanaşmışdır. Onlara maddi yardımlar, sağlamlığın mühafizəsi ilə bağlı sanatoriyalara yollayışvərəqələri verilmiş və kollektiv tədbirlər həyata keçirilmişdir. Bu dövrdə 2012-2017-ci illərdə hər il  20 Yanvar hüzn və milli qəhrəmanlıq günündə və Novruz bayramı münasibəti ilə Rayon Bələdiyyə orqanları ilə keçirilən kütləvi tədbirləri qeyd etmək istərdim. Bu tədbirlərdə fərqlənənlər Həmkarlar ittifaqı tərəfindən fəxri fərmanlarla təltif olunmuş və hədiyyələrlə mükafatlandırılmışdır. 8 Mart Beynəlxalq Qadınlar və Yeni il bayramlarında ittifaq üzvləri ilə tədbirlər aparılmışdır.

Bundan əlavə olaraq 9 May Qələbə günü və ulu öndər Heydər əliyevin anadan olmasının ildönümləri münasibəti ilə tədbirlər həyata keçirilmişdir. Azərbaycan Dövlət müstəqilliyinin bərpasının növbəti ildönümü münasibəti ilə idarə, müəssisə və təşkilatlarda silsilə tədbilər həyata keçirilmişdir.

 Bələdiyyə üzvlərinin sağlamlığının qorunması məsləsi daim diqqətdə saxlanılmış, 5 il ərazində 16 nəfər həmkarlar ittifaqı üzvü sanatoriyalarda müalicəyə göndərilmişdir.

Bütün sadaladığımız tədbirlər Həmkarlar ittifaqının maliyyə vəsaiti hesabına həyata keçirilmişdir. Təbii ki, işçilərin əmək haqlarının və ittifaq üzvlərinin azlığı maliyyə vəsaitinin azlığı deməkdir. Bu da bir sıra müraciətlərin və tədbirlərin istənilən kimi həyata keçirilməsini məhdudlaşdırır. Ittifaq üzvlərindən gələn vəsaitin 50%-i Respublika Komitəsinə köçürülür, qalan vəsait isə ayrı-ayrı maddələr üzrə bölünərək yuxarı təşkilat tərəfindən təsdiq olunmuş maliyyə smetası ilə həyata keçirilir.

Qeyd etmək istərdim ki, fəaliyyətimiz dövründə smetaya düzgün riayət olunmuşdur. Bütün bunlarla yanaşı qeyd etmək isteyirəm ki, bir sıra bələdiyyə təşkilatlarında üzvlük haqlarına olan borcların ödənilməsində ciddi nöqsanlar mövcuddur. Dəfələrlə müraciət olunmasına baxmayaraq , Ovçubərə, Ağalıkənd, ismətli, Çinarlı, Günəşli, Zəhmətabad bələdiyyələri üzvlük haqlarının toplanması və ödənilməsi işində hələ də dönüş yaratmamışlar. Bunun nəticəsidir ki, son hesabat dövrü üçün 7850 manat üzvlük haqqı toplanmamışdır.

2017-ci ilin aprel-may aylarında təşkilatlarda hesabat seçkiyığıncaqları keçirilmiş və Rayon Konfransına 29 nümayəndə seçilmişdir.

Ümumiyyətlə Həmkarlar ittifaqı bu fəaliyyəti dövründə çalışmışdır ki, nizamnaməsinə və əmək qanunvericilik aktlarına əməl etsin, nüfuznu qaldırsın və ittifaq üzvlərinin etimadını doğrultsun. Bundan sonra da Həmkarlar ittifaqı öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.

əhmədxan Qardaşov

ABiHi-nin  Biləsuvar rayon Komitəsinin  sədri

 

ŞƏRHLƏR