"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvlərinin səfəri davam edir

--2021-07-12 / 17:35

Azərbaycan bələdiyyə üzvlərinin bir qrupunun Türkiyənin istanbul şəhərinə rəsmi səfəri davam edir.

Səfərin ilk günündə UNDP (BMT-nin inkişaf Proqramı) Azərbaycanın infrastruktur və şəhərsalma layihələri və mümkün əməkdaşlıq, “Yerli idarəetmələr üçün yenilikçi maliyyə vasitələri” “şəhərlərin effektiv və səmərəli idarə olunması” mövzusunda dinləmələr keçirilib. Günün yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müzakirələr keçirilib. Xatırladaq ki,

 Azərbaycan bələdiyyə üzvlərinin bir qrupu 11-14 iyul tarixlərində Türkiyənin istanbul şəhərinə rəsmi səfərdədirlər. Bələdiyyə üzvləri 11-14 iyul tarixlərində Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), "Azərbaycan üzv bələdiyyələrin bilik və təcrübə paylaşma Proqramı", UNDP-nin Türkiyə nümayəndəliyi (BMT-nin inkişaf Proqramı), Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası və Türkiyə üzv bələdiyyələrlə əməkdaşlıqda keçiriləcək geniş miqyaslı tədbirlərdə iştirak edirlər.

Bu barədə Belediyye.infoya məlumatı Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev verib.

Tədbir iştirakçıları istanbulun Bağçılar, Pendik, Urmaniyyə bələdiyyələrinin iş təcrübələri ilə də tanış olacaqlar.

Belediyye.info

ŞƏRHLƏR